Maşını dirəyə çırpdı: Ağsu işıqsız qaldı

Maşını dirəyə çırpdı: Ağsu işıqsız qaldı

Ağsuda avtomobilin işıq dirəyiniə çırpılması nəticəsində şəhər ərazisi 4 saat işıqsız qalıb.

Miq.Az Report-aistinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki,”Ford” markalı mikroavtobusun sürücüsü, rayonun Ərəbuşağı kənd sakini, Elvin Hüseyn oğlu Muradov adıçəkilən küçədə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb.

Nəticədə işıq dirəyi aşıb və şəhərin bir hissəsində elektrik enerjisinin verilişi dayanıb. Elektik şəbəkəsinin işçiləri hadisə yerinə cəlb olunub və həmin əraziyə işığın verilişi qismən bərpa olunub. Hazırda işlərin tam başa çatması istiqamətində Ağsu rayon elektrik şəbəkəsinin əməkdaşları işlərini davam etdirirlər.

Faktlan bağlı araşdırmalara başlanılıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az