MÜBARİZ MƏNSİMOV İŞ ADAMLARINI ŞOKA SALDI

MÜBARİZ MƏNSİMOV İŞ ADAMLARINI ŞOKA SALDI

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov Cipriani ailəsinə məxsus, alınması çox çətin olan “Rose Bar” adlı gecə klubunun bir bölməsini İstanbulda açır.

Cipriani ailəsi üç nəsildir öz nüfuzunu qoruyub, saxlayır. Bu böyük nəslə aid olan hər hansı bir layihəni almaq 78 ildir hər adama qismət olmayıb. Mübariz Mənsimovun bunu bacarması isə türk iş adamlarını şoka salıb.

“Rose Bar” açıldığı gündən dünya ulduzlarının ən sevimli məkanına çevrilib. Dünyanın bir çox yerində şəbəkələri fəaliyyət göstərən klubda hətta 10 min dollarlıq yemək, 50 min dollarlıq şampan da var.

Mübariz Mənsimovun bu gecə klubunu Türkiyəyə gətirməsi üçün milyonlar xərclədiyi bildirilib./axsam.az/



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az