Mədət Quliyev sabiq MTN-çiləri işə dəvət etdi

Mədət Quliyev sabiq MTN-çiləri işə dəvət etdi

Milli təhlükəsizlik nazirinin birinci müavini, milli təhlükəsizlik naziri vəzifəsini icra edən general-leytenant Mədət Quliyev keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun dövründə bu qurumun əməkdaşlarının yol verdiyi qanunsuzluqlar və cinayətlərlə bağlı açılan cinayət işinə münasibət bildirib.

Report xəbər verir ki, M.Quliyev jurnalistlərə açıqlamasında deyib ki, nöqsana yol verən hər kəs qanun qarşısında cavab verməlidir: "Yol verilən cinayətlərlə bağlı Baş Prokrorluqda cinayət işi açılıb, istintaq davam etdirilir".

General bildirib ki, əvvəlki illərdə MTN sıralarından uzaqlaşdırılmış bilikli, bacarıqlı, səriştəli şəxsləri yenidən işə dəvət edirlər: "Müəyyən səbəblərdən xidmətdən uzaqlaşmış işçiləri, tanıdıqlarımızı dəvət edirik, vəzifəyə təyin edirik. Bacarıqlı işçiləri təyin edirik. Bu təbii prosesdir"



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az