Putin: “Bu, Ukrayna xalqının üzünə tüpürməkdir”

Putin: “Bu, Ukrayna xalqının üzünə tüpürməkdir”

Rusiya Prezidenti Vladimir Putin on birinci dəfə böyük mətbuat konfransı keçirir.

Vizual.az xəbər verir ki, mətbuat konfransı Moskvanın Beynəlxalq Ticarət Mərkəzində keçirilir.

Mətbuat konfransında 1400 yerli və beynəlxalq jurnalist iştirak edir. Bu isə Putinin mətbuat konfransları tarixində rekord göstəricidir. Prezidentin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, jurnalistlər arasında Türkiyə KİV-inin nümayəndələri də var.

Vladimir Putin ilk dəfə 2001-ci ildə belə bir formatdan istifadə etməyə qərar verib. İlk mətbuat konfransında 400 jurnalist iştirak edib. Putin 22 suala cavab verib.

***

Putinə ilk sual Rusiyanın 2016-cı il büdcəsi ilə bağlı olub. O, bildirib ki, enerjidaşıyıcısıların qiymətlərinin düşməsi ilə əlaqədar 2016-cı ildə dövlət büdcəsində dəyişikliklər ediləcək.

"Böhrandan çıxış üzrə əvvəlki proqnozlar neftin bir barelinin 100 dollar olmasına əsaslanırdı. Ancaq neftin indiki qiyməti kritik səviyyədədir. Sentyabr-oktyabr aylarında ümumi daxili məhsulun artımı 0,3-0,1 faiz təşkil edib, sənaye istehsalının kiçik artımı qeydə alınıb, xarici kapital axını əhəmiyyətli dərəcədə azalıb”, - Putin bildirib.

Prezident qeyd edib ki, Rusiya iqtisadiyyatı böhranın pik həddini keçib. Onun sözlərinə görə, neftin 50 dollar qiymətini 2016-cı il üçün optimist proqnoz hesab edir.

"Nazirlər Kabineti büdcə dəyişikliklərinə tələsməyəcək, amma hadisələrin inkişafının istənilən ssenarisinə hazırıq”, - Putin bildirib.

***

Putin Rusiyanın Su-24 təyyəsinin Türkiyə tərəfindən vurulmasını "düşmən aktı” adlandırıb.

"Rusiyaya xüsusilə toxunan o olub ki, Türkiyə daha əvvəllər həssas məsələlərlə bağlı Moskvaya müraciət edirdi. Ancaq bu məsələ ilə bağlı bir dəfə də zəng olmayıb. Türkmənlər bizim üçün də əzizidir. Türkmənistanda yaşayırlar. Amma Suriyada, sözügedən bölgədə yaşayanların kimliyi bəlli deyil. Türkiyə də bu məsələ ilə bağlı əvvəllər bir dəfə də olsun məsələ qaldırmayıb. Bununla bağlı bizə bir söz deyilməyib”, - Putin bildirib./Publika.az

***

Putin Türkiyə rəhbərliyinin düzgün siyasət yeritmədiyini bildirib:

"Atatürk hər halda məzarında fırlanır. Türkiyə ilə yaşadığımız gərginlikdə üçüncü tərəfin təsiri varmı, onu bilmirəm. Bəlkə də Ankara amerikalılara yaltaqlıq etmək istəyib… Türkiyə Suriya sərhədini bir neçə dəfə pozub. Bacarırsa, indi bunu etsin. Suriyada artıq hava hücumundan müdafiə sistemi var. Rusiya təyyarəsi vurulduqdan sonra bölgədən geri çəkilən bir ölkə olmayacaq”.

***

Vladimir Putin Gürcüstanın sabiq prezidenti Mixail Şaakaşviliyə Ukraynada vəzifə verilməsinə münasibət bildirib. Putin bu addımın Ukrayna xalqına təhqir olduğunu deyib:

"Mixail Saakaşviliyə Ukraynada vəzifə verilməsi Ukrayna xalqının üzünə tüpürmək deməkdir. Ukraynanı xarici idarəçilik vəziyyətinə gətirdilər”, - Putin qeyd edib./Axar.az


 

 

 

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az