"Mehdi ordusu"nun rəhbəri çağırış etdi


İraq şiələrinin liderlərindən biri, "Mehdi ordusu"nun rəhbəri Müqtəda əs-Sədr şiələri beynəlxalq alyansda birləşərək, İranı dəstəkləməyə çağırıb.

Axar.az xəbər verir ki, Sədr ABŞ-ın Bağdaddakı səfirliyinin bağlanmasını və ABŞ mallarının boykot edilməsini tələb edib. Şiə lider İraq parlamentinin bütün xarici qoşunların ölkə ərazisindən çıxarılması barədə qəbul etdiyi qətnaməni ABŞ-a verilən "acınacaqlı cavab" sayıb.

Qeyd edək ki, Qasım Süleymaninin öldürülməsindən dərhal sonra Müqtəda əs-Sədr 2008-ci ildə buraxılan "Mehdi ordusu”nu yenidən quracağını bəyan etmişdi.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az