Mehriban Əliyeva Zəhradan yazdı

Mehriban Əliyeva Zəhradan yazdı

"Azərbaycan günahsız insanların qətlə yetirilməsinə qarşıdır!”

"Azərbaycan erməni işğalına, günahsız insanların qətlə yetirilməsinə qarşıdır!”.  İstiPress xəbər verir ki, bunu birinci vitse-prezident Mehriban Əliyeva özünün "Twitter” bloqunda yazıb. M.Əliyeva "Allah balaca Zəhraya və bütün şəhidlərimizə rəhmət eləsin!” – deyə, qeyd edib.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
 
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az