Mehriban Əliyevaya Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri Professoru Diplomu verildi

Mehriban Əliyevaya Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri Professoru Diplomu verildi

Azərbaycanın birinci xanımı YUNESKO və İSESCO-nun xoşməramlı  səfiri Mehriban Əliyeva bu gün Moskvada daha bir nüfuzlu mükafata layiq görülüb. Mehriban Əliyeva İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri Professoru Diplomuna və Xatirə Nişanına layiq görülüb. Təqdimat mərasimi İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Tibb Tarixi Muzeyində baş tutub. Qeyd edək ki, Mehriban Əliyeva bu universitetin məzunudur.

Tədbirdə çıxış edən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Petr Qlıboçko Mehriban Əliyevaya Fəxri Professor Diplomunu və Xatirə Niçanını təqdim edib. 

Mehriban Əliyeva ona göstərilən diqqətə görə təşəkkür edərək bugünkü günün onun üçün əlamətdar olduğunu və bu gün digər bir mükafat “Bilrliyin Ulduzları  dövlətlərarası mükafatı ilə təltif olunduğunu bildirdi. Çıxışında Azərbaycanın müasir inkişafından danışan Mehriban Əliyeva bildirib ki, bu gün Azərbaycan sürətlə inkişaf edir: “Müstəqil dövlət olaraq biz ötən il müstəqilliyimizin iyirminci ildönümünü qeyd etmişik. Azərbaycan zəngin mədəniyyətə tarixə malik bir ölkədir. Siz bilirsiniz ki, Azərbaycan Avropa və Asiyanın qovşağında yerləşir. Əsrlər boyu bizim ölkədə müxtəlif sivilizasiyalar formalaşıb və əlaqədə olub. Bu gün Cənubi Qafqazın ümumi iqtisadiyyatının 80 faizi Azərbaycanın hesabına düşür. Azərbaycan Cənubi Qafqazda böyük regional proyektlər həyata keçirir”. Heydər Əliyev Fondunun fəaliyyəti barədə məlumat verən Azərbaycanın birinci xanımı bildirib ki, son on il ərzində ölkədə 4000- dən çox məktəb tikilib və təmir edilib: “Son on il rzində Azərbaycanda 400-dən çox tibb obyekti inşa edilib. Bunlar tibb mərkəzləri, klinikalardır. Bu gün ölkəmizdə gedən inkişaf bütün sahələrdə baş verir. İnkişaf təkcə paytaxtda deyil, eləcə də regionlarda davam edir. Azərbaycanda beynəlxalq konfranslar, forumlar keçirilir. Ötən il Bakıda ilk dəfə olaraq Rusiya Azərbaycan birgə Birinci Humanitar Forumu keçirilib. Heydər Əliyev Fondu yaranan gündən biz öz fəaliyyət prioritetlərimizi müəyyən etmişik. Bu təhsil, səhiyyə, ətraf mühitin qorunması, zəngin mədəni irsin təbliği və qorunmasıdır. Biz çox şadıq ki, “Yeniləşən Azərbaycana Yeni Məktəb” layihəsi çərçivəsində Heydər Əliyev Fondunu dəstəyi nəticəsində ölkədə yeni məktəblər tikilib istifadəyə verilmişdir. Bu məktəblər əsasən regionlarda yerləşir. Səhiyyə sahəsi də Heydər Əliyev Fondunun diqqət mərkəzində olan sahələrdən biridir. Fondun dəstəyi nəticəsində ölkədə Tallassemiya Mərkəzi açılıb və mərkəz ən son avadanlıqla təchiz olunub. Səhiyyə sahsində Fondun fəaliyyəti bir çox beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib” Mehriban Əliyeva eyni zamanda bildirdi ki, Heydər Əliyev Fondu ölkə daxilində həyata keçirdiyi fəaliyyətlə yanaşı eyni zamanda ölkə xaricində də fəaliyyət göstərir.  

  Mehriban Əliyeva öz çıxışında bu gün “Birliyin Ulduzları” mükafatına layiq görüldüyünü və bu mükafatın eyni zamanad 2 milyon rubl məbləğdə pul vəsaitini də özündə əks etdirdiyini qeyd edərək bu vəsaitin Universitetin hesabına keçirmək istədiyini də bildirib: “Bu gün mən istərdim ki, universitetə özünüm çox da böyük olmayan töhfəmi verim. Mən əminəm ki, bu gün bu universitetdə elmi araşdırmalar həyata keçirilir və bu da mənim universitetə verdiyim töhfə olar”. 

Tədbirdə Rusiya və Azərbaycanın ictimai siyasi xadimləri, Azrbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri  Polad Bülbüloğlu, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü Petr Qlıboçko, bir çox universitetlərin rektorları, Rusiyanın aparıcı tibb alimləri, Azərbaycan və Rusiyanın tanınmış incəsənət xadimləri iştirak ediblər. 

Əlimərdan Sultanov (Moskva)



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az