Məmmədyarov: “Qoşunlar çıxarılmalıdır”

Məmmədyarov: “Qoşunlar çıxarılmalıdır”
"Dağlıq Qarabağ münaqişəsinin həlli və regional əməkdaşlıq mühitinin yaradılması üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır”

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Polşada estoniyalı həmkarı Sven Mikserlə görüşü zamanı deyib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verən E. Məmmədyarov bildirib ki, Avropa İttifaqı tərəfindən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət məsələsində vahid yanaşmanın tətbiq edilməsi vacibdir. (APA)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az