“Mən səni sevirəm”... DE və YA demə...
Əli Mehdi
Bütün varlığımı toparlayıb, bu üç kəlməni ifadə etmək nə qədər çətin və məsuliyyət tələb etdiyini, və bu üç kəlmənin insanda yaratdığı həyəcan, qorxu hissinin səbəbini bilmək məni həmişə düşündürüb. Hələ uşaq təfəkkürü ilə, təqribən on yaşımda, bu sözləri deməyə cəsarət tapmayıb çox sevdiyim bir qızın kitabına yazmışdım. Sonunda da yazdığımı etiraf etməyə cəsarətim çatmadı. Amma, dalaşqan və özümü qürürlu birisi sanırdım. Bu üç kəlmənin ecazından, adətən həqiqəti deyən uşaqliq da aciz qaldı.
Sonralar, artıq yetkin yaşlarımda da eyni həyəcanı, eyni qorxunu yaşadım. Bəlkə də, ğüzğü önündə, yüzlərlə dəfə bu sözləri necə ifa edəcəyimdən ötrü məşqlər edirdim.
İndi də yadımda deyil, o qədər məşqdən sonra ilk dəfə bu üç kəlməni olduğu kimi tələffüz edib söylədim ya yox. Fikrimi bildirdim. Bu başqa bir şey... Məni düşündürən başqa bir şey...
Bu sözlərdə İlahi bir sirr var, yəqin ki, yaxşısını Allah bilir.
Bir kitabın ön səhifəsində məhşur Fransız yazıçısı Biktor Hüqodan belə bir sitat oxudum:- "Sevği kainatın kiçilib bir varlığa sığışması və o varlığdan böyüyüb Tanrıya varmasıdır...”
Bu mövzuda çoxlu əsərlər, miflər, rəvayətlər, dastanlar və diğər mədəniyyət nümunələri mövcuddur. Bu ğün də bu davam edir. Demək olar ki, kainatda dərk etdiyimiz nə varsa onu sevği ilə əlaqələndirirk. Hələ dərk eləmədiyimiz çox şeylər var. Ona ğörə də kainatı dərk etməklə bir növ biz Allahın elminin fəlsəfəsinə cüzi də olsa yaxınlaşırıq. Deməli, sevği ilahi varlıqdır... İnsanı bu sözləri deməyə hansısa qüvvə mane olur.
Son vaxtlar mütaliə etdiyim kitabların birində belə bir yazıya rast ğəldim:- Kişinin qadına dediyi "Mən səni sevirəm” sözü heç vaxt qadının qəlbindən silinməz- Məhəmməd Peyğəmbər(s).
Bu sözləri oxuyanda qəribə hislər keçirtdim. Sonsuza qədər söylənmiş məqsədli, həyacansız və məsuliyyətsiz "mən səni sevirəm” kəlmələri qulaqlarımı deşib keçdi. Parkda, metroda, avtobusda, təyyarədə və tində-bucaqda. Yəqin ki, saxta söylənmiş sözlərdə İlahi qüvvə itirmiş.
Bu hələ dərd yarısıdır... Saxta deyilmiz sözlər qəlbdən asanliqla silinər: ya bir damla təəssüf ğöz yaşları, ya da ağ varaq üstündə karandaşla yazılmış bir yazını pozmaq qədər asan.
Bəs həqiqətdə söylənmiş, həqiqətə çevrilməyən, bu üç kəlməni qəlblərdən necə silib aparaq?
Mahir bir rəssamın ağ varaq üstündə atmış o naxışları, o boyaları necə silib aparaq?
Bu artıq qəlb yarasıdır. O qəlb ya solasıdır, ya da şikəst olasıdır. Lap sağalsa izi qalasıdır. Axı Peyğəmbər deyir: "Silinməz” Yaxşısını Allah bilir.
Ona görədə bu sözlərin İlahiliyini hiss edənlər, onu çox vaxt ifadə edə bilmir.
Əğər qəlbinizdə Allah məhəbbəti varsa, bu üç kəlməni ğerçək söyləyin.
p.s Yazını bitirməmiş sevgının xarabalıqlarına (X.D) baş çəkdim. Şeir kimi ilk ğörüşü oxudum.
Heç olmasa o üç kəlməni olduğu kimi söyləməyimin fərqində idim. Azacıq da olsa təsəlli tapdım. Sağalasıdır. Yəqin ki, hər şey İlahidəndir. Yoxsa 38 il bir məkanda yaşadığın bir adamla təsadüfən də üz-üzə gəlməməyin başqa izahı yoxdur. Bu həm də mənim son xahişim idi. Bəlkə tale qisməti idi, bəlkə ayrılığa sədaqəti idi, bəlkə də...
Miq.Az