Menua Hovsepyan: “Hazırda göl Azərbaycan ordusunun nəzarəti altındadır" - FOTO

Menua Hovsepyan: “Hazırda göl Azərbaycan ordusunun nəzarəti altındadır

"Hazırda göl Azərbaycan tərəfinin nəzarətindədir. Vəziyyətdə hər hansı bir dəyişikliyə hazırıq”.

Miq.Az Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu sözləri Gorus bələdiyyə sədrinin müavini Menua Hovsepyan deyib.

Bələdiyyə sədrinin müavini bildirib ki, müzakirələr faydasız olarsa, Rusiya Müdafiə Nazirliyinin qərarlarını izləyəcəyik.

Hovsepyan Birinci Ordu Korpusunun komandirinə etibar etdiklərini və hər şeyin düzgün istiqamətdə gedəcəyinə ümid etdiklərini söyləyib.

Qeyd edək ki, Qaragöl  Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonu sərhəddində yerləşir və sərhəd gölü hesab edilir.(yeniavaz.com)
 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az