"Məqsəd təyyarəni dənizdə batırmaqla iz itirmək olub" - Millət vəkili


"Təyyarəmizin vurulduğu aydın idi. Və artıq dəqiqləşib ki, bu, Rusiya mediasının təqdim etməyə çalışdığı kimi Ukrayna dronlarının yox, həmən dronlarla  sərnişin təyyarəsini səhv salanların işidi. O, Qroznı hava limanına enişə hazırlaşarkən "Pantsir-S"-lə vurulub."
Miq.az bildirir ki, bunu Millət vəkili Sahib Aliyev özünün sisial şəbəkə  səhifəsində yazıb. dha sonra əlavə bunları əlavə edib. 

"Böyük ehtimalla  qəsdən etməyiblər. Amma  vurlan təyyarənin yaxınlıqdakı Mahaçqala, yaxud da Mineralnıye Vodı hava limanına  enməsinə izn verilməməsi,  Aktauya göndərilməsi  qəsdəndir və "Caliber.Az" saytının yazdığı kimi  belə görünür ki, məqsəd onu dənizdə batırmaqla  iz itirmək olub. 
Biz böyük dövlətlərin bu cür xudbincəsinə davranışlarını, kiçikliklərini birinci dəfə görmürük.  Onu da  yaxşı xatırlayırıq ki, 2020-ci ilin 9 noyabrında Rusiya helikopteri, həm də hərbi helikopteri Ermənistanınkıyla səhv salınıb vurulanda  Azərbaycan qarşı tərəfdən buna görə üzr istəmiş və gərəkən digər addımları atmışdı. Baxmayaraq  ki, burada müəmmalı çox şeylər vardı.  
Moskvanın da baş verənlərə  görə üzr istəyəcəyini, təyyarəmizi Ukrayna dronuyla səhv salıb vuranların cəzalandırılacağını, belə hallarda beynəlxalq normaların tələb etdiyi digər addımların atılacağını gözləyirik.  Həm də bu, nə qədər tez baş versə, fikrimcə, ikitərəfli əlaqələrə mənfi təsirin azaldılması baxımından bir o qədər yaxşı olar."


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az