Ömər aşırımında “Niva” aşdı: xəsarət alanlar var

Ömər aşırımında “Niva” aşdı: xəsarət alanlar var

Göygöl rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Miq.Az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə Göygöl-Kəlbəcər avtomobil yolunun Ömər aşırımı adlanan hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Niva" markalı minik maşını idarəetmədən çıxıb və dərəyə aşıb.

Qəza zamanı 5 nəfər - 1975-ci il təvəllüdlü Vüqar Şahid oğlu Qasımov, 1983-cü il təvəllüdlü İlkin Rizvan oğlu Məmmədov, 1990-cı il təvəllüdlü Cəsur Surxay oğlu Məmmədov, 1985-ci il təvəllüdlü Faiq Rasif oğlu Səmədov və 1987-ci il təvəllüdlü Ruslan Vidadi oğlu Nağıyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəzaya düşənlərin şirkət işçiləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az