Baş Prokurorluq Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Ticarət və Xidmət departamenti əməkdaşının cinayət əməlinin işfa edilməsi ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən “Vətəninfo”ya verilən məlumata görə, Bakı şəhər sakini Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “161 – Qaynar xətt” əlaqə mərkəzinə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Ticarət və Xidmət departamentinin məsləhətçisi İsmayılov Hüseyn İsmayıl oğlunun alkoqollu içkilərin və tütün məmulatlarının satışı qaydalarının pozulmasına görə tərtib olunmuş protokola əsasən inzibati xəta ilə əlaqədar cərimənin tətbiq olunmaması və müvafiq lisenziyanın ləğv edilməməsi üçün ondan rüşvət tələb etdiyini bildirib. Aprelin 3-də idarənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Hüseyn İsmayılov həmin şəxsdən 300 manatı rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Həmin pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib. H. İsmayılovun üzərinə baxış keçirilərkən müxtəlif ticarət obyektlərinin adı göstərilən və qarşısında müəyyən məbləğlərdə pul vəsaitləri yazılmış qeydiyyat vərəqələri aşkar edilərək götürülüb. Fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn İsmayılov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Əli
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
Ermənilər Şeyxi hədəfə aldı...