Məşhur siyasətçi vəfat etdi
Almaniyanın sabiq xarici işlər naziri Hans-Ditrix Genşer vəfat edib.
Miq.az Axar.az-a istinadən xəbər verir ki, sabiq nazirin Bonn şəhərində yerləşən ofisindən verilən məlumata görə, 89 yaşlı siyasətçi dünən ürək çatışmazlığından dünyasını dəyişib.
Xatırladaq ki, Genşer 1974-1992-ci illərdə xarici işlər naziri vəzifəsini icra edib və ən uzun müddətli nazir kimi Almaniya tarixinə düşüb.
Qeyd edək ki, Almaniyanın başqa bir sabiq xarici işlər naziri Qido Vestervelle isə martın 18-də vəfat edib.
Miq.az