Metroda təhlükəsizliyimiz qorunurmu?

Metroda təhlükəsizliyimiz qorunurmu?

İlham İsmayıl:”Azərbaycan metroda baş verən faciəvi partlayışda ölənlərin sayına görə birinci yerdə durur”

İctimai asayişi qorumaq polislərin üzərinə düşən əsas vəzifədir. Nəzərə alsaq ki, bu gün bəzi polis işçilərimiz üzərinə düşən missiyanı layiqincə yerinə yetirmirlər , o zaman acınacaqlı bir vəziyyət yaranır. İnsanların əksəriyyəti polislərin işini düzgün yerinə yetirməmələri ilə bağlı mənfi fikirdədirlər. Demək olar ki, bu peşənin sahibləri ilə mütəmadi olaraq rastlaşırıq. Xüsusi olaraq paytaxt əhalisinin əksəriyyəti metrodan istifadə etdiyinə görə, burada asayişi qoruyan polislərlə hər gün üz-üzə gəlir.

Metroda isləyən polis işçiləri haqqında deyilən fikirlər isə birmənalı deyil. Əhalini hər gün istifadə etdiyi metroda təhlükəsizlik qaydalarına əksər hallarda riayət olunmur.Təhlükəsizlik tədbirləri gücləndirilmiş olsa da , polis tərəfindən yoxlamalar hələ də mövcud həllini tapmayıb.

Bəzi müstəqil ekspertlərin fikrincə isə , Bakıda terror hadisələrinin baş verməsi hər an labüddür. Əsas səbəb kimi isə, onlar təkcə Bakıda 22 min erməninin yaşadığını göstərirlər və bildirirlər ki, yerli ermənilər hər an Rusiyanın kəşfiyyat orqanlarının əlində vasitə ola bilərlər. 

Bəs, görəsən bu məsələ ilə bağlı ekspertlər nə düşünür? Təhlükəsizlik Araşdırmalar Mərkəzinin rəhbəri, MTN-in sabiq əməkdaşı İlham İsmayıl “Vətənfinfo.az”açıqlamasında metroda asayişin kifayət qədər qorunduğunu qeyd  edərək, bununla yanaşı metroda təhlükəsizlik probleminin ciddi məsələ olduğunu bildirdi. “Bu, o qədər ciddi məsələdir ki, “Gennesin rekordlar kitabı”na baxsaq, Azərbaycan metroda baş verən faciəvi partlayışda ölənlərin sayına görə birinci yerdə durur”-deyə İ.İsmayıl söylədi. Xatırladım ki, terror aktı zamanı 300 nəfər vəfat etmişdi: “Nəzərə alsaq ki, Azərbaycan beynəlxalq terrorizmin hədəfindədir. Belə olan halda metro ən zəif yerdir”deyən ekspert son illər  bölgədə gərginlik artdığına görə mənə elə gəlir ki, metroda təhlükəsizlik tədbirlərini gücləndirmək lazımdır” -deyə, ekspert  vurğuladı.

Bütün bunları nəzərə alaraq metrostansiyalarımızda mühafizə xidməti gücləndirilməlidir. Ancaq təəssüflə qeyd etməliyik ki, vəziyyət heç də ürəkaçan deyil. Təbiiki bu haqlı iradlar hər kəsə şamil olunmur. Bəzi polis işçilərini isə deyəsən, heç bir terror aktı maraqlandırmır, əks halda onlar öz vəzifələrinin öhdəsindən layiqincə gələrdilər. Sözsüz ki, deyilən sözlər bütün işçilərə şamil olunmur. Bu sahədə bütöv bir səfərbərlik olmalıdır. 

Metrostansiyalarımızda ilk baxışdan hər şey normal görünsə də diqqətlə müşahidə etdikdə görürsən ki, müəyyən çatışmazlıqlar var. Polislər bağlama və ya çanta ilə metroya daxil olanları yoxlayırlar. Amma bir başqa formada. Əhali çoxluğu ilə bağlı bəzən bunlar polislərin diqqətindən yayınır Əksər hallarda polislər çantaları yoxlayıcı qurğunu işə salmadan "yoxlayırlar". Bunu sadəcə, götəriş naminə edirlər. Qəribə mənzərələrdən də biri odur ki, yoxlayıcı qurğunu xoşladıqları şəxslərin çantalarını yoxlayarkən işə salırlar. Məqsəd isə çantaların içinə baxmaqdır. Başları söhbətə qarışan polislərimizin yanından isə əli dolu insanlar rahatlıqla keçə bilir. Narazılıqlara baxmayaraq, heç bir iş görülmür.

Bütün metrostansiyalarda isə demək olar ki, eyni hal hökm sürməkdədir. Platformalarda xeyli kamera quraşdırılsa da , amma polislər yenə də öz "işlərindədirlər". 

Növbəti ayda paytaxtımızda baş tutacaq “Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar paytaxtımızda əhalı sıxlığı müşahidə olunacaq . Yəqin ki, metroda asayişımızı təmin edən polis işçiləri bu ərəfədə vəzifələrini layiqincə yerinə yetirə biləcəklər.Hər halda buna “ümid edirik.

Günel Türksoy



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az