Mikayıl tezliklə yeni verilişlə qayıdır : "Gəldim e gəldim"
Space TV-də yayımlanan "Sevimli şou”nun eks-aparıcısı Mikayıl Güləddinoğlu yeni verilişlə efirə qayıdır.
Bu barədə aparıcı özü bildirib.
O, qeyd edib ki, yaxın günlərdə geniş tamaşaçı auditoriyası ilə yenə Space kanalında efirdə olacaq:
"İnsan həyatda heç nədən sığortalanmayıb. Amma verilişim bağlanmasından sonra təkliflər gəldi mənə. Bəlkə deyirdim isinəşə bilmərəm, öyrəşə bilmərəm. Doğma bildiyim, doğma hesab etdiyim insanlardan, yerdən ayrılmağı həzm edə bilmirəm. İnsan gərək nankor olmasın. İşlədiyin yerdə xətrinə dəymirlərsə və sən oradan gedirsənsə, sənin bir adın var o da nankor. Ona görə də yenə Space telekanalında olacağam. Təzə verilişə başlamaqdan qəti qorxmuram. Yeni bir verilişdə də tamaşaçı toplaya biləcəyəm. Onsuz da Mikayıl kimi məni tanıyıblar... Geniş tamaşaçı auditoriyası ilə yenə Space kanalında efirdə olacağam. Sosial şəbəkələrdə "dostlar" yazırdılar ki, "getdim e getdim", "getdin e ay Mikayıl". Onlara demək istəyirəm ki, darıxmayın çox yaxın zamanlarda Space-də Mikayıl yenə deyəcək ki, "Gəldim e gəldim".
Xatırladaq ki, Space TV-də yayımlanan "Sevimli şou”nun aparıcısı Mikayıl Güləddinoğlu MTRŞ-nın qərarı ilə proqramdan uzaqlaşdırılıb.
Miq.az