Millət vəkili: "İnsanları bu qədər incitmək olmaz"

Millət vəkili:

Deputat bank və sığorta sektorunu tənqid etdi

Qüdrət Həsənquliyev: "Banklar hesabatlarını açıqlamır, sığorta şirkətləri sürücüləri incidir"

Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev bank və sığorta sistemində olan problemləri tənqid edib. O bildirib ki, banklar maliyyə hesabatlarını vaxtında açıqlamalıdır. "Vətəndaş da bu məlumatlarla tanış olmalıdır. Çünki, vətəndaşlar pullarını banklara qoyur, sonradan banklar bağlananda vətəndaşlar əziyyət çəkir. Bankların məlumatları açıqlaması təmin olunmalıdır ki, vətəndaş pulunu etibar etdiyi maliyyə təşkilatının vəziyyətini qiymətləndirə bilsin”.

 Q. Həsənquliyev əlavə edib ki, sığorta şirkətləri də insanları həddindən çox incidir: "Sığorta şirkətləri avtomobili qəzaya uğrayan vətəndaşlara ödəniş etməkdən yayınır. Mənə bununla bağlı vətəndaşlardan çox sayda şikayətlər daxil olur. Mən özüm də bir neçə dəfə sığorta şirkətlərinin nümayəndələri ilə telefonla danışmışam. Ödənişin olunmamasının səbəbini soruşuram. Cavab verirlər ki, avtomobil köhnədir və sairə. İnsanları bu qədər incitmək olmaz. Hesab edirəm ki, sığorta şirkətlərinin bu cür fəaliyyətinin qarşısı alınmalıdır".

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az