Millət vəkili Qənirə Paşayeva İraq Türkmənlərinin təmsilçiləri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva İraq Türkmənlərinin təmsilçiləri ilə görüşüb

“Veteninfo.az” xəbər verir ki, Bakıda səfərdə olan tanınmış İraq-Türkman yazıçıları – Türkmən millət vəkili, İraq-Türkman Ədəbiyyatçı və Yazarlar Birliyinin (İTƏYB) başqanı Əsat Ərbil (Əsat Şakir Əmin) və “Türkman Reform” Radiosunun direktoru, İTƏYB-in tanınmış simalarından olan Riyaz Dəmirçi bugün Azərbaycan-İraq Parlament¬lərarası Dostluq Qrupunun üzvü, “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) sədri dr. Qənirə Paşayeva ilə görüşüblər.

Qonaqları Bakıda salamlamaqdan məmnun olduğunu deyən xanım Paşayeva, İraqda yaşayan soydaşlarımızla Azərbaycan Respublikası arasında qar¬daşlıq bağlarının daha da möhkəmlənməsinin zəruriliyindən; ədəbi və elmi əlaqələrin güclənməsi, yeni-yeni mənəvi körpülərin inşa edilməsinin önəmindən danışıb. Cari ildə ABAİ İB-in təşkilatçılığı ilə Azərbaycanda keçirilən “İraq-Türkman Ədəbiyyat-Sənət Həftəliyi” və digər ortaq tədbirlər, qar¬şılıqlı səfərlər haqqında danışan Qənirə Paşayeva hər yeni görüşün, yeni səfərin bir başlanğıc olduğunu vurğulayıb.

Özünün də dəfələrlə İraqda yaradıcı səfərdə ol¬duğunu qeyd edən xanım millət vəkili bir-birimizin problemlərimizi dilə gətirməyin, əsərlərdə əks etdirməyin ümumi işin, Türk Dünyasının, ümumən insanlığın nəfinə olduğuna inandığını deyərək, iki ünlü yazarın bu səfərinin də təsirsiz olmayacağını deyib.

Əsat Ərbil və Riyaz Dəmirçi Qənirə Paşayeva ilə görüşdən məmnun olduqlarını qeyd edərək, Azərbaycana səfərdən zəngin təəssüratlarla ayrılacaq¬larını, Bakını, Azərbaycanı özlərinə doğma ünvan – qardaş evi bildiklərini xüsusi vurğulayıb, Azərbaycanın problemlərini, uğurlarını öz canlarında hiss etdiklərini deyiblər.

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az