Millət vəkili Qənirə Paşayeva ŞKTC-nin prezidenti ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva ŞKTC-nin prezidenti ilə görüşüb

“Veteninfo.az” xəbər verir ki, millət vəkilləri Qənirə Paşayeva və Musa Qasımlı Şimal Kipr Türk Cümhuriyyətinin prezidenti  Dərviş Əroğlu ilə görüşüblər.

Şimali Kipr Türk Cümhuriyyətinin  prezidenti Dərviş Əroğlu ilə görüşdə millət vəkililəri  Qənirə Paşayeva və  Musa Qasımlı  ŞKTC -nin uğurlarına dost, qardaş Azərbaycanın hər zaman sevindiyini, kədər, üzüntü və faciələrinə isə hər zaman üzüldüyünü deyib və Azərbaycan xalqının ürəyinin hər zaman Şimali Kiprdəki qardaş-bacılarımızın yanında olduğunu bildiriblər.  Dəfələrlə Şimali Kipr Türk Cümhuriyyətinə səfərlər etdiklərini, buradakı insanımız, onun tarixi,  bu günü, yaşadığı ağır faciələr, ədalətli mücadiləsi barədə geniş məlumatlı olduqlarını deyən millət vəkilləri Qənirə Paşayeva və Musa Qasımlı Azərbaycanla ŞKTC  arasında əlaqələrin və əməkdaşlığın artmasının sevindirici bir hadisə olduğunu bildirib və ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə inandıqlarını bildiriblər. ŞKTC -də təhsil alan azərbaycanlı tələbələrin, sərmayə qoyan azərbaycanlı iş adamlarının, azərbaycanlı turistlərin sayının hər il surətlə artmasının müsbət hadisə olduğunu vurğulayan millət vəkilləri Qənirə Paşayeva və Musa Qasımlı  ŞKTC prezidenti Dərviş Eroğlu  ilə Türk  Dünyasının ortaq problemləri olan Dağlıq Qarabağ münaqişəsi, qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizə və Kıbrıs problem ətrafında da  geniş müzakirələr aparıblar.  Millət vəkilləri Qənirə Paşayeva və Musa Qasımlı görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında bu gün də törətməkdə davam etdiyi vandalizm aktları,  Dağlıq  Qarabağ  münaqışəsi ətrafında son vəziyyətə dair də fikirlərini söyləyiblər və dünyanın hər yerində yaşayan insanlarımızın harada doğulmasından asılı olmayaraq  milli məsələlərin müdafiəsi istiqamətində birgə səylərinin artmasının vacibliyi  ətrafında  fikir  mübadiləsi  aparılıb.

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az