Millət vəkili Qənirə Paşayeva ŞKTC-nin spikeri Hasan Bozerlə görüşüb

Millət vəkili Qənirə Paşayeva ŞKTC-nin spikeri Hasan Bozerlə görüşüb

Veteninfo.az xəbər verir ki, millət vəkilləri Qənirə Paşayeva və Musa Qasımlı Şimal Kipr Türk Cümhuriyyəti parlamentinin sədri  Hasan Bozer və baş nazir İrsen Küçüklə görüşüblər.

Şimali Kipr Türk Cümhuriyyətinin  parlamentinin sədri  Hasan Bozer ilə görüşdə millət vəkililəri  Qənirə Paşayeva və  Musa Qasımlı  Azərbaycanla ŞKTC  arasında əlaqələrin və əməkdaşlığın artmasının sevindirici bir hadisə olduğunu bildirib və ikitərəfli münasibətlərin daha  da  inkişaf  edəcəyinə inandıqlarını bildiriblər. Görüş zamanı  ŞKTC -də təhsil  alan azərbaycanlı tələbələrin,  sərmayə qoyan azərbaycanlı iş adamlarının, azərbaycanlı  turistlərin sayının hər il sürətlə artmasının müsbət hadisə  olduğu xüsusi vurğulanıb və gələcəyə doğru bu istiqamətlərdə əməkdaşlığın  daha da  genişlənməsi  prespektivlərinə  toxunulub.  Millət  vəkilləri Qənirə  Paşayeva və  Musa  Qasımlı  ŞKTC  parlamentinin spikeri Hasan Bozer ilə Türk  Dünyasının ortaq problemləri olan Dağlıq Qarabağ münaqişəsi, qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizə  və  Kıbrıs problem ətrafında da  geniş müzakirələr aparıblar.  Millət vəkilləri Qənirə Paşayeva və Musa Qasımlı  görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında bu gün də törətməkdə davam etdiyi vandalizm aktları,  Dağlıq  Qarabağ  münaqışəsi ətrafında son vəziyyətə dair də fikirlərini söyləyiblər və dünyanın hər yerində yaşayan insanlarımızın harada doğulmasından asılı olmayaraq  milli məsələlərin müdafiəsi istiqamətində birgə səylərinin artmasının vacibliyi  ətrafında  fikir  mübadiləsi  aparılıb.

Şimal Kipr Türk Cümhuriyyətinin parlament spikeri Hasan Bozer  qardaş Azərbaycanla bütün sahələrdə münasibətlərin inkişafına böyük önəm verdiklərini və  əməkdaşlığın  getdikcə daha da atması üçün səyləri daha da gücləndirəcəklərini deyib. Qarabağ probleminin onları da narahat etdiyini bildirən Hasan Bozer dünyanın hər yerində yaşayan insanımızın milli məsələlərin, ortaq problemlərin həlli istiqamətində birgə səylərinin artmasının vacibliyini vurğulayıb. Görüşün  sonunda  millət  vəkilləri  Qənirə Paşayeva  və  Musa Qasımlı  ŞKTC  parlamentinin spikerinə  Azərbaycan  həqiqətləri, mədəniyyəti  ilə bağlı  materiallar  və  özlərinin  müəllifi  olduqları  kitabları  hədiyyə  ediblər. Millət vəkilləri  Qənirə Paşayeva  və  Musa Qasımlı  Lefkoşada həmçinin  ŞKTC-nin  baş naziri  İrsen Küçüklə də görüşüblər.  ŞKTC-nin  baş naziri  İrsen Küçük  qardaş Azərbaycanla  münasibətlərin  inkişafında  maraqlı  olduqlarını  və  bu  istiqamətdə səylərin daha da artacağını deyib.

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az