Abel Məhərrəmov: “Yeni metod şagirdlər arasında əzbərçiliyə son qoyacaq” Kamilə Əliyeva: “Təhsil sisteminə iki yerdən nəzarət düzgün deyildi”
“Bu, çoxdan gözlənilən qərar , bəlkə də bir az gecikmiş fərman idi”. “Vətəninfo.az”ın məlumatına görə, bu sözləri mətbuata açıqlamasında Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov ölkə prezidentinin fərmanı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) əlavə səlahiyyətlər verilməsi məsələsinə münasibət bildirərkən dilə gətirib. Millət vəkili orta məktəblərdəki attestat imtahanlarının TQDK-ya verilməsini müsbət qiymətləndirərək, bunun gələcək perspektivlərini də qeyd edib: “Mahiyyət nədən ibarətdir? Gənclər, şagirdlər orta məktəbdən məzun olarkən iki sınaqdan keçirilirlər. Birinci, orta məktəbin buraxılış imtahanı sınağından, ikici isə ali məktəbə qəbul olarkən test imtahanından keçirlər. Uzun illərdir ki, bu vahid yanaşma metodologiyası bir müstəviyə gəlmirdi. Şagirdlərdə stress yaranırdı. Qısa müddətdə şagirdlər bilmirdilər, orta məktəb imtahanlarına hazırlaşsınlar, yoxsa ali mətkəbə. Şagirdlərimiz belə bir çətinliklə üzləşirdilər. Nəhayət, prezidentin fərmanı bu iki yanaşma vahid müstəviyə gətirildi. Hər iki imtahan vahid tələblər çərçivəsində həyata keçiriləcək”,-deyə rektor söyləyib.
A.Məhərrəmovun fikrincə, yeni təhsil metodologiyası şagirdlər arasında əzbərçiliyə son qoyacaq, həmçinin, prezidentin müvafiq sərəncamı gənclərin əsl vətəndaş kimi yetişməsinə geniş zəmin yaradacaq: “Hesab edirəm ki, yeni metod şagirdlərin cəmiyyətdə intellektual bir ziyalı olmasına zəmin yaradacaq. Yəni, şagirdlərimiz əzbərçiliyə yol verməsinlər, bütün fənlərə eyni münasibətdə olsunlar. İdrak, təfəkkür o insanda formalaşır ki, gərək həmin insan bütün fənləri sevsin. Düşünürəm ki, cənab prezidentin bu fərmanı həmin vətəndaşların əsil vətəndaş olmasına və böyük elmi məktəblərin yaranmasına kömək edə biləcək”.
Deputat həmçinin onu da əlavə edib ki, prezidentin fərmanı ilə TQDK-ya əlavə səlahiyyətlərin verilməsi kiminsə səlahiyyətlərini almaq demək deyil.
”Atılan addım Azərbaycan təhsili üçün uğurlu olacaq. Əminəm ki, bu qərar öz bəhrəsini verəcək”.
A.Məhərrəmov ali məktəbə qəbul imtahanlarının TQDK ilə Təhsil Nazirliyi tərəfindən birgə keçirilməsi məsələsinə toxunaraq bildirib ki, yəqin ki, gələcəkdə bu istiqamətdə islahatlar aparılacaq.
Milli Məclisin digər üzvü Kamilə Əliyeva isə bildirib ki, ölkə prezidentinin verdiyi qərar müzakirə mövzusu ola bilməz və dövlət başçısının verdiyi qerar doğrudur. “Məndə bu qərarın tərəfdarıyam. Təhsilə iki yerdən nəzarət ola bilməz. Bu təhsildə ciddi problemlərin yaranmasına səbəb olur. Verilən qərar həm təhsil içtimayyəti, eyni zamanda şagirdləri və valideyinlər tərəfindən rəğbətlə qarşılanır”-deyən K.Əliyeva əlavə edib ki, şagirdlərin buraxılış imtahanlarında 8 fənn üzrə imtahan vermələri onlarda ciddi psixaloji problemlər belə yayada bilirdi. “amma indi şagirdlər buraxılış imtahanlarında iki imtahan verməklə aili təhsil ocaqlarına hazırlıqda da cidid irəliyə doğru addımlar atmış olacaqlar”.
Kənan