Milli Məclisə Kamran Əliyevlə bağlı təqdimat daxil oldu

Milli Məclisə Kamran Əliyevlə bağlı təqdimat daxil oldu
Milli Məclisin sabah keçiriləcək plenar iclasının gündəliyinə yeni - "Azərbaycan Respublikası Milli Məclisinin Qərarı haqqında” məsələ daxil edilib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu məsələ baş prokuror Kamran Əliyevin səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır.

Baş prokuror Kamran Əliyevin səlahiyyət müddətinin daha 5 il uzadılması gözlənilir.

Qeyd edək ki, "Prokurorluq haqqında” Qanuna əsasən, Azərbaycan Respublikasının baş prokurorunun səlahiyyət müddəti beş ildir. Kamran Əliyev 1 may 2020-ci ildən baş prokuror vəzifəsini icra edir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az