Milli Məclisin deputatları MDB PA-nın tədbirlərində iştirak edəcəklər

Milli Məclisin deputatları MDB PA-nın tədbirlərində iştirak edəcəklər

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının daimi komissiyalarının iclasları keçiriləcək. 

Bu barədə "Vətəninfo.az” yap.org.az istinadən xəbəri verir.

Milli Məclisin deputatları Rüfət Quliyev, Hacı Salayev, Adil Əliyev, Rasim Musabəyov və İqbal Məmmədov tədbirlərdə iştirak etmək üçün aprelin 20-dək Sankt-Peterburq şəhərində səfərdə olacaqlar. 

Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi komissiyasının gündəliyinə MDB PA-nın 20 illik yubileyi, MDB-yə üzv dövlətlərdə keçirilən prezident, parlament seçkilərində, referendumlarda qurumun müşahidəçilərinin rolu, analitik məlumat mərkəzinin işi barədə və digər məsələlər daxil edilib. 

Hüquqi məsələlər daimi komissiyasında “Məhkəmə öncəsi mübahisələrin həllində vasitəçilik barədə”, “Kommersiya sirri haqqında” model qanun layihələri, MDB PA-nın model qanunvericilik aktlarının və tövsiyələrin hazırlanması haqqında Əsasnamədə əlavələr və dəyişikliklər edilməsi, quruma üzv dövlətlər üçün hüquqi terminologiya lüğətinin layihəsi ilə bağlı müzakirələr aparılacaq. 

Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının yığıncağında MDB PA-ya üzv dövlətlərdə informasiya təhlükəsizliyinin təmin edilməsi, telekommunikasiya şəbəkələrinin istismarının hüquqi tənzimlənməsi, antiterror, ekstremizm, insan alverinə qarşı, korrupsiya ilə mübarizə sahələrinə aid milli qanunvericiliyin təkmilləşdirilməsi və model qanunların hazırlanması məsələlərinə baxılacaq. 

Deputatlarımız komissiyalarda müzakirə olunacaq məsələlər barədə çıxış edəcək, öz fikirlərini bölüşəcəklər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az