Ukraynanın paytaxtı Kiyevdə "Sağ sektor"un minlərlə tərəfdarı etiraz aksiyası keçirir.
Vətəninfo.az Anspress-ə istinadla xəbər verir ki, "Xainlər, rədd olun!" şüarı altında keçirilən mitinq sakit şəkildə davam edir.
Etirazçılar ekstremist qruplaşmanın liderlərinin çıxışlarını gözləyirlər.
Maydanda təxminən 3-4 min nümayişçi toplaşıb. Bununla yanaşı, Kiyevin digər küçələrində "Sağ sektor" tərəfdarlarının yürüşü də baş tutub. Yürüş zamanı ekstremistlər Kiyev hökumətinin etibarlılığı ilə bağlı təcili referendumun keçirilməsini tələb ediblər.
Ukrayna mətbuatının yazdığına görə, Maydanda 3-4 min etirazçının toplaşmasına baxmayaraq nümayişçilər gəlməkdə davam edirlər. Ehtimal olunur ki, bir neçə saat ərzində Maydana daha bir neçə min insan gələcək. Maydanda "Sağ sektor" və könüllülər batalyonunun liderlərini çıxış edəcəyi gözlənilir.
Aksiya sakit şəkildə davam edir, nümayişçilərin çoxu kamuflyaj olub. Etirazçıların çoxu Ukrayna prezidenti Pyotr Poroşenkonun da əleyhinə şüarlar səsləndiriblər.
"Sağ sektor"un rəsmi saytında bildirilir ki, Pyotr Poroşenko rejimi tamamilə etibarsızdır.
Maydana minlərlə insanın axışması nəticəsində paytaxtda təhlükəsizlik tədbirləri artırılıb. Maydana bir neçə avtobusla hüquq-mühafizə orqanlarının əməkdaşları gətiriliblər.
Nümayişçilər Maydanda çadırlar qurmayacaqlarını bəyan ediblər.
Millətçi qruplaşmanın lideri Dmitri Yaroş bildirib ki, artıq prezidentin istefası haqqında danışmaq lazımdır. Çünki Poroşenko öz yerində deyil. Onun sözlərinə görə, hökumət Mukaçevada baş verən hadisələrdən sonra "Sağ sektor"a qarşı informasiya müharibəsinə başlayıb.

"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
"Türkiyədə Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidirlər" - Deputatdan MESAJ
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ