«ATƏT-in Minsk qrupunun həmsədrliyi digər ölkələrə verilməlidir. Həmsədrlərdən biri olan Rusiyanın bu gün Ermənistanda hərbi bazaları var, Rusiya Ermənistanı silahla təmin edir». Bu fikirləri jurnalislərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov səsləndirib. Onun sözlərinə görə, Rusiya demək olar ki, Ermənistanın bilavasitə müdafiəçisidir: «Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində hansı tərəfdə olduğu bəllidir. Fransaya gəlincə, hətta keçmiş prezident Nikola Sarkozi Ermənistanda çıxışında bir fikir işlətmişdi ki, Fransa Ermənistanın bacısıdır. Bu cür düşünən, "erməni soyqırımı"nın inkar edilməsinə görə insanları cinayət məsuliyyətinə cəlb etmək barədə qərar qəbul etmək istəyən ölkə ATƏT-in həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə necə ədalətli kömək göstərə bilər?». Onun sözlərinə görə, ABŞ-da da böyük erməni diasporu var: "Hətta Azərbaycana bir səfirin təyin olunmasına belə, ermənilər imkan vermədilər, Obama öz səlahiyyətindən istifadə edərək yalnız bir il müddətinə səfir təyin etdi. Amma Konqresdə həmin səfirin namizədliyi keçmədi". O qeyd edib ki, erməni lobbisi Konqresə bu cür təsir edə bilirsə, ATƏT-in Minsk qrpundakı amerikalı həmsədrə də böyük təsiri olacaq: "Bu baxımdan, ya bu həmsədrlik dəyişilməlidir və başqa-başqa ölkələrə verilməlidir, yaxud da ümumiyyətlə, ATƏT-in Minsk qrupunun işinə xitam verilməlidir və bu proses BMT-nin Təhlükəsizlik Şurasında müzakirə olunmalıdır".
Firudin
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
Ermənilər Şeyxi hədəfə aldı...
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.