Zahid Oruc
Öiən əsrin əvvələrində 150 milyona qədər insan islam dininə etiqad edirdi.Bu o vaxtki dünya əhalisinin ondabirini idi.İndi bu rəqəm köklü olaraq dəyişib.Hazırda müsəlmanların sayı 1.5 milyard olmaqla kainatın insan aləininin dörddəbirinə çatmışdır.Misirin siyasi gələcəyini müəyyənləşdirərkən təkcə tarixi prosesləri və avtoritar idarəçilik miraslarını deyil,həm də bu amili diqqət mərkəzində saxlamalıyıq.
BBC kanalı bir neçə gündür ki, dünyaya sual ünvanlayıb:”Misir 2-ci İran çevrilir”? Hakimiyyətdə olan qüvvələrin əslində postMübarək dövrünə məhz Qərbin xeyir-duası ilə gəldiyini nəzərə alsaq, onda həqiqətənmi belə təhlükənin mövcud olduğunu aydınlaşdıra bilərik?
Bəli, cəmiyyət parçalanıb və sitasiya hər an nəzarətdən çıxa bilər.Lakin bunun qarşısının alınması yolu ilk dövrlər məhz sərt əldən keçdiyini Avropa da bilməmiş deyil.Konstitusiyada Şəriət qanunları vətəndaş azadlıqlarını, liberal dəyərləri və digər konfessiyaların maraqlarının təhdid etsə də səlahiyyət savaşına Mursini onun komandasından daha çox himayəçiləri inandırmışdı. İndi onu meydanda tək qoyub cəmiyyətin inkişafına müqavimət göstərənlərlə toqquşdururlar.
Lakin Misir İrana çevrilə bilməz.Mursinin cəfakeş imam Xomeyni obrazının olmaması ilə deyil,Misirin dövlət və vətəndaş münasibətlərinin tarixi ilə bunu sübut edə bilərik.Yaşıl inqilabın ixracı heç də Misirdə islam əsaslı idarəçiliyin bərqərar olmasından keçmir.
Ərəb zəncirinin növbəi həlqəsi kimi görünən İran əksinə,yeni teokratik bir ölkənin quruculuğunamı nail olacaqdır?Yaxın Şərqdəki ssenari bundanmı ötrü hazırlanmışdı? İranın 1979 cu ildə vəd etdiyi Allahın ədalətinə əsaslanan cəmiyyət quruculuğu modeli xalqın mənafelərinə nə qədər uyğun oldu ki,hələ üstəlik başqa bir müsəlman ümməti də Mursini Ali Dini Rəhbərə çevirəcəkdir?
Bütün bunları xarici televiziya debatlarında izləmək indi dövrün ən yaxşı tamaşasına çevrilib.Dünənə qədər dünyanı İranın obrazı ilə qorxudanlar indi ərəbləri keçmiş Xilafət
dövrünə qaytararaq yeni dini qarşıdurmaların zəminini hazırlayırlar.”Qızıl milyard” qanunu pis işləmir.