Misir Mərdanov da deputat olmaq istəyir

Misir Mərdanov da deputat olmaq istəyir

Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə namizədlər arasında sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitunun direktoru Misir Mərdanovun da adı çəkilir.

Miq.az xəbər verir ki, M.Mərdanov yayılan iddia ilə bağlı Unikal.org-a açıqlamasında deputatlıq arzusunu gizlətməyib.

"Mənsub olduğum Yeni Azərbaycan Partiyası (YAP) nazmizədliyimi irəli sürərsə, prosesə qoşularam. Ancaq bu barədə danışmaq hələ tezdir. Cənab Prezident Konstitusiya Məhkəməsinə növbədənkənar parlamentin keçirilməsi ilə bağlı sorğu göndərib. Konstitusiya Məhkəməsinin qərarından sonra bu məsələlərə baxılacaq”, - o bildirib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az