“Mitt Romni xarici siyasətlə bağlı müzakirələrdə ciddi səhvlər buraxmışdı”

“Mitt Romni xarici siyasətlə bağlı müzakirələrdə ciddi səhvlər buraxmışdı”

Barak Obamanın seçkilərdə qalib gəlməsinin,bir neçə səbəbi var.

Bu sözləri “Veteninfo.az”a Gənc fəal, keçmiş deputatlığa namizəd, Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev Barak Obamanın seçkilərdə qalib gəlməsini şərh edərkən bildirdi:
“Birincisi, ümumiyyətlə, ABŞ siyasətində hərhansı bir posta sahib və yenidən seçilməyə çalışan şəxs (incumbent) ona əsas rəqib olan şəxsdən(challenger) bir addım öndə başlayır.
İkincisi, Obama ABŞ prezidenti kimi Demokratlar partiyasının namizədi idi, Mitt Romni isə vaxtının böyük hissəsini ilkin seçkilərdə Respubliçılar partiyasının vahid namizədi olmağa sərf etdi.
Üçüncüsü, Obama 4 illik prezidentliyi dövründə daxildə səhiyyə sığortası sahəsində apardığı islahatlara, xarici siyasətdə ciddi səhv buraxmadığına, 2008-ci il seçkiləri zamanı verdiyi vədlərin bir çoxuna əməl etdiyinə, əl-Qaidə ilə mübarizədə ABŞ seçicilərinin bir nömrəli təhlükə kimi gördükləri Bin-Ladenin öldürülməsinə, Ohio kimi həlledici ştatlarda avtomobil sənayesinin qorunmasına, prezidentliyinin ilk günlərindən ABŞ-ın qarşılaşdığı iqtisadi böhranla mübarizəsinə görə kifayət qədər şanslı namizəd idi. Dördüncüsü, son keçirilən debatlar zamanı Mitt Romni xarici siyasətlə bağlı müzakirələrdə ciddi səhvlər buraxmışdı, Obama isə 4 il ABŞ prezidenti və Ali Baş Komandanı olmuş bir şəxs kimi daha təcrübəli, prezidentliyə daha uyğun şəxs kimi görünürdü.
Amma bütün bunlara baxmayaraq, Respublikaçı namizəd də kifayət qədər uğurlu seçki təbliğatı apardı, elektoral səslərə görə olmasa da, seçici səslərinə görə kifayət qədər yaxşı nəticə göstərə bildi”,-deyə politoloq qeyd etdi.

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az