Mixail Qorbaçov Putinin məzəmmətini ədalətsiz hesab edir

Mixail Qorbaçov Putinin məzəmmətini ədalətsiz hesab edir

SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov Vladimir Putinin onun NATO-nun Şərqə doğru genişlənməsindən narahat olmamasına dair məzəmmətini ədalətsiz hesab edib.

"İnterfaks" xəbər verir ki, Qorbaçovun sözlərinə görə, Şimali Atlantika Alyansı genişlənməyə başlayanda, o artıq dövlət başçısı deyildi.

"Qorbaçovun "səhvləri"nə gəldikdə isə, həmin şəraitdə belə məsələni müzakirə etmək heç hüquqi cəhətdən mümkün deyildi. 1991-ci ilin iyul ayına qədər iki hərbi-siyasi blok mövcud idi - NATO və Varşava Müqaviləsi Təşkilatı (VMT). VMT ölkələri bu məsələni qaldırmadılar", - deyə keçmiş prezident bildirib və NATO-nun genişlənməsi prosesinin 2000-ci ildə fəallaşmağa başladığını əlavə edib.

Rusiya prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində Qorbaçovun tənqid edib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az