MN açıqlama yaydı, Ermənistan sözünü dəyişdi

MN açıqlama yaydı, Ermənistan sözünü dəyişdi

Ermənistan Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında ötən gün gecə saatlarında guya Azərbaycan PUA-larını vurmaları barədə yaydığı xəbəri Azərbaycan Müdafiə Nazirliyi dərhal, 02:22-də təkzib etməsindən sonra İrəvan "düzəliş” etmək məcburiyyətində qalıb.

Miq.Az xəbər verir ki, Azərbaycan ordusuna məxsus PUA-nın Ermənistan MN Geqarkunik istiqamətində "sərhədi keçməyə cəhd etdiyini” iddia edib. Bildirilib ki, Ermənistan HHM qüvvələri bu faktı "qeydə alıb”. Ancaq PUA-nın sərhədi keçməsi və yaxud vurulması barədə heç bir məlumat yoxdur.

Xatırladaq ki, gecə saatlarında rəsmi sosial şəbəkə hesabında Basarkeçər səmasında Azərbaycan Ordusunun iki PUA-sını vurduğu barədə məlumat yaymışdı. Bu, Ermənistan MN-in əsl mahiyyətidir və nəinki Azərbaycan, erməni cəmiyyətinə də bu yalanlar yaxşı məlumdur. Ermənistan MN 44 günlük savaş zamanı da bu cür yalanlar uydururdu.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az