Rusiyalı politoloqdan şok açıqlama
Rusiya prezidenti yanında regionlararası və mədəniyyət əlaqələri idarəsinin sabiq rəhbəri, tanınmış politoloq Modest Kolerov Avrasiya.net-ə eksklüziv müsahibə verib.
- Sizcə Kreml Qəbələ RLS-dən imtina edəndən sonra Azərbaycan-Rusiya münasibətləri necə olacaq?
- İkitərəfli münasibətlər son vaxtlar iki mərhələdən keçib: ən əvvəl Rusiya Azərbaycanla arasında sərhəd məsələsini müəyyənləşdirəndə, Samur çayının böyük bir hissəsini rəsmi Bakıya güzəştə getdi. Bununla da çayın Dağıstan tərəfində qalan az hissəsində su qıtlığı oldu. Sonra Rusiya dağıstanlıların Azərbaycan ərazisində yaşayan və mübahisəli olan bir neçə yaşayış məntəqəsini Azərbaycana güzəştə getdi. Və nəhayət, Bakının Qəbələ RLS ətrafında alver etmək səylərinə baxmayaraq Rusiya buna getmədi: ən əvvəl ekoloji, sonra da siyasi və iqtisadi baxımdan. Texniki baxımdan Rusiyanı müdafiə sistemində Qəbələ RLS əvəz edib. Amma son dövrə qədər Azərbaycanda Rusiyanın hərbi bazaların – Qəbələ RLS simasında olması söz-söhbətləri gəzirdi. İndi siyasi alver yoxdur və siyasi spekulyasiyaların da əsası yoxdur. Rusiya başa düşdü ki, rəsmi Bakı onun tərəfindən olunan güzəştləri qiymətləndirmədi. Bu rəsmi Moskva üçün dərs oldu. Amma mən inanmaq istəmirəm ki, Bakıda bunu istəyirdilər və indi də bu qələbəni qeyd edirlər. Moskva və Bakı arasında “strateji əməkdaşlıq” məcburi və geoqrafik anlayışa çevrildi.
- ATƏT-in Minsk qrupunun fəaliyyətini necə qiymətləndirirsiz?
- Belə hesab olunur ki, Minsk qrupu ən əsas məqsədini – vasitəçi rolunu uğurla həyata keçirib: müharibə dayandırılıb. Bu da faktdır. Amma tərəflərin bu qrupun fəaliyyətindən narazı qalması da təbiidir. Bu da pis deyil ki, Minsk qrupuna daxil olan ölkələrdən başqa, regionun aparıcı ölkələri – Türkiyə və İran, hətta bir dəfə Qazaxıstan münaqişənin həllində vasitəçilik etməyə çalışıblar. Bu yaxınlarda Ukrayna da belə bir təkliflə çıxış edib. Bu o deməkdir ki, münaqişənin həlli yaxınlaşır və ona görə siyasi benefitsiar olmaq istəyənlər çoxalıb.
-Rusiya son bir neçə ayda Ermənistana çoxlu hərbi texnika və sursat verib. Sizə elə gəlmir ki, Rusiya Minsk qrupunun həmsədri ola-ola, mövcud status kvonu saxlamır və münaqişədə olan tərəfə silah verir?
- Rusiya həmçinin Azərbaycana da silah verir, yeri gəlmişkən, bununla bağlı Ermənistanda da protestlər olur. Mənim fikrimcə, belə bir vəziyyətdə etiraz etmək lazımdır. Azərbaycana silahlanmaya qarşı Bakıda etiraz olmalıdır, Ermənistanın silahlanmasına qarşı isə Yerevanda.
- Bu gün demək olarmı ki, Minsk qrupu özünü gözdən salıb?
- Bir ziyan görmürəm. Ən əsası odur ki, Azərbaycan Minsk qrupunu tənqid edir, amma praktiki olaraq əvəzinə heç nə təklif emir. Deməli, bu da özünəməxsus bir ticarət növüdür.
- Rusiya-Azərbaycan münasibətlərinə qayıtmaq və bunun perspektivi haqqında sizin fikirnizi bilmək istəyirəm. Azərbaycanda prezident seçkiləri keçiriləcək. Rusiyanın dəstək verəcək “namizəd” var, yoxsa Qəbələ RLS-i itirdikdən sonra Rusiyanın Azərbaycanda heç bir marağı yoxdur?
- Məncə, Rusiyanın dəstək verəcək namizəd yoxdur. Amma hesab edirəm ki, siyasi qüvvələr öz iddialarını açıqlayandan və siyasi proseslər başlayandan sonra, Rusiyanın qeyri-rəsmi də olsa bir namizədin olunmasını istisna etmirəm.
- Üç Qafqaz respublikasının gələcəyini necə görürsüz? Hansısa bir ittifaqa daxil olacaqlar, misal üçün Avrasiya İttifaqına?
- Birincisi, rəsmi Rusiya üçün Qafqazda üç yox, beş respublika var (Abxaziya və Cənubi Osetiya). Bəzi analitiklər Dağlıq Qarabağı da sayırlar. Məncə bu rəqəm azalmayacaq. İkincisi, Ermənistan-Gürcüstan, Gürcüstan-Azərbaycan ikitərəfli münasibətlər konfederasiyaya keçə bilər. Amma son vaxtlar Ərdoğanın və Saakaşvilinin zəifləməsi bu perspektivi duman kimi görüdür. Qafqaz respublikalarının konfederasiyası olmayacaq. Avrasiya İttifagı yarananda, teoretik baxımdan Ermənistan ora girə bilərdi, amma rəsmi Yerevan bu fürsəti əldən verdi. Azərbaycana gəlincə, İlham Əliyev hakimiyətindən gedəndən və onu əvəz edən iqtidar gedəndən, yəni ki, siyasi-islamistlərdən sonra, Bakıda hakimiyyətdə liberallar və demokratlar olandan sonra Azərbaycan yaranacaq Avrasiya İttifaqına üzv ola bilər.