MTN generalları torpaq vergisini də bələdiyyələrin özünə ödədib

MTN generalları torpaq vergisini də bələdiyyələrin özünə ödədib

Hər hektara 1500 manat!

Sabiq MTN generalları və onların qanunsuz əməlləri ilə bağlı maraqlı informasiyalar daxil olmaqda davam edir.

Özəl mənbədən daxil olan daha bir məlumata görə, Eldar Mahmudov dönəmində istər Bakıətrafı, istərsə də rayonlarda hektarlarla torpaq sahəsi əldə edən MTN generalları bu müddət əzində bir dəfə də olsun torpaq vergisi ödəməyib. Daha doğrusu, MTN generallarının mülkiyyətində olan torpaqlara görə bələdiyyələrə ödənilməsi gərəkən vergi elə bələdiyyələrin özünə ödədilib./24saat.org/

Belə ki, MTN generallarına hektarlarla torpaq peşkəş edən bələdiyyə sədrləri sonrakı dövrlərdə bu torpaqların hər hektarına görə 1500 manat məbləğində torpaq vergisi ödəməli olub. Bu azmış kimi, bəzi bələdiyyə sədrləri MTN generallarına məxsus torpaqlara gedən yollara öz vəsaitləri hesabına asfalt döşətdirib, həmin torpaq sahələrinə su çəkdirib, müxtəlif abadlıq işləri aparıblar.

Bələdiyyə sədrləri arasında MTN generallarına məxsus torpaqların vergisini tamamilə ödəməyən, bunu borc kimi sənədləşdirən bələdiyyə sədrləri də mövcuddur. Buna səbəb həmin bələdiyyələrin ərazisindəki "MTN torpaqları”nın 50-100 hektar və ya daha artıq olması olub. Bu qədər ərazinin torpaq vergisini verməyin müşkül məsələ olduğunu görən bəzi bələdiyyə sədrləri verilməsi gərəkən vəsaiti tələb etməsələr də, ödəməyiblər də. Və bunu borc kimi sənədləşdiriblər.

İllərdir yığılan və kifayət qədər böyük məbləğ edən bu pulların ödənilib-ödənilməyəcəyi isə hələ də naməlum olaraq qalmaqdadır.

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az