Mübariz Mənsimov: "Heydər Əliyevi unutmadıq və gələcək nəsillərə də unutdurmayacağıq!"

Mübariz Mənsimov:

"Bu gün Heydər Əliyevin vəfatından 19 il ötür. Xalqını sevən və azərbaycanlı olmağı ilə daim fəxr edən, "Mən fəxr edirəm ki, azəbaycanlıyam" deyərək, bizim milli kimliyimizi özümüzə və bütün dünyaya xatırladan, Azərbaycanımızın rifahı, əmin-amanlığı və daimi inkişafı üçün bütün ömrünü sərf edən Böyük Lider, Böyük Azərbaycanlı. "Bir millət, iki dövlət" ifadəsini başımız üzərində bayraq edən Bayraq Adam!
Xatirəsini daim uça tutur və dərin ehtiramla yad edirik. Azərbaycandan uzaqda olsaq da, onun əsgəri olaraq bu vətən üçün hər zaman çalışır, verdiyi nəsihətləri unutmuruq." 

Bu sözləri "Palmali" şirkətlər şrupunun rəhbəri Mübariz Mənsimov bildirib. 

"Azərbaycanın maddi və mənəvi sərhədlərini dünyaya qəbul etdirən, haqlarını tələb edən, böyük layihələrə imza atan, xarici və daxili siyasətimizi quran Ulu Öndər - dahi Heydər Əliye! O, həqiqətən bir dahi idi və belə insanların dünyaya gəlməsi hadisədir! Hər xalqın tarixində və taleyində belə lider ya olmur, ya da yüzillikdə bir nəfər olur. Azərbaycan xalqı bu baxımdan xoşbəxt və şanslıdır. Çünki tarixində və taleyində belə bir ad var: Heydər Əliyev! Bizlər o adı unutmadıq və gələcək nəsillərə də unutdurmayacayıq. Daim qəlbimizdəsən, əziz İnsan!"-deyə Mübariz Mənsimov bildirib.

Xatırladaq ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasından 19 il ötür. Ölkə ictimaiyyətinin nümayəndələri hər il olduğu kimi, bu dəfə də Fəxri xiyabana axışaraq Ulu Öndərin məzarını ziyarət edir, xatirəsini dərin ehtiramla anırlar.

Ulu Öndərin ən böyük arzusu Qarabağın erməni işğalından azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması idi. Onun bu arzusu iki il əvvəl həqiqətə çevrildi. Otuz il işğal altında qalan torpaqlarımız Prezident, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə azad olundu. Hazırda Azərbaycanın dövlət bayrağı Vətən torpaqlarında, Qarabağın tacı Şuşada dalğalanır.

Müstəqil Azərbaycanın bütün uğurları, qazanılan hər bir zəfərimiz Ulu Öndər Heydər Əliyevin ideyalarının təntənəsidir. Heydər Əliyev yolu Azərbaycanı daim irəli aparır.
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az