Müdafiə naziri: “Düşmən bilməlidir ki, Naxçıvanın müdafiəsində ən peşəkar ordu dayanıb”

Müdafiə naziri: “Düşmən bilməlidir ki, Naxçıvanın müdafiəsində ən peşəkar ordu dayanıb”

"Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür”.

Bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Naxçıvanda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə əməliyyat taktiki təlimlərinin başa çatması ilə bağlı keçirilən tədbirdə deyib. Nazir təlimdə qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiklərinə görə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətlərini təbrik edib:

"Ölkədə ordu quruculuğu sahəsində görülən işlərin tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının gücləndirilməsinə xüsusi diqqət yetirilir. Əlahiddə Ümumqoşun Ordu yüksək döyüş qabiliyyətinə malikdir və düşmənə layiqli cavab verməyə qadirdir. Düşmən bilməlidir ki, Naxçıvanın müdafiəsində ən peşəkar ordu dayanıb”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az