Müdafiə Nazirliyi: "Tərtərdə atəş açılmayıb, mina partlayıb"

Müdafiə Nazirliyi:

Sosial şəbəkələrdə və bəzi saytlarda ön xətt yaxınlığında Tərtər rayonu ərazisində torpaq yolun düşmən tərəfindən minaatanlardan atəşə məruz qalması barədə məlumat yayılıb.

Müdafiə Nazirliyindən Miq.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumat həqiqəti əks etdirmir. Belə ki, müəyyən olunub ki, həmin ərazidə partlayış baş verib. Buna səbəb isə birinci Qarabağ müharibəsi zamanı bir metrdən artıq dərinlikdə basdırılmış tank əleyhinə mina olub.

Müdafiə Nazirliyindən redaksiyamıza verilən məlumata görə, hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az