Müəllimlərin işə qəbulu üzrə 21 795 nəfərin ərizəsi qəbul olunub
"Müəllimlərin işə
qəbulu üzrə ümumilikdə 24 437 nəfər elektron ərizə ilə müraciət edib,
onlardan 21 795 nəfərinin ərizəsi qəbul olunub”. Vətəninfo.az-ın məlumatına görə, Təhsil Nazirliyinin
mətbuat xidmətindən movqe.az-a verilən xəbərə görə, müsabiqəyə müraciət
edənlərin böyük əksəriyyəti ibtidai sinif müəllimləri olub.
Məlumatda
bildirilir ki, ibtidai sinif üzrə 6440 nəfər (29.54%),
Azərbaycan dili
və ədəbiyyat fənni üzrə 2971 nəfər (13.63%), ingilis dili fənni üzrə
2354 nəfər (10.80%), riyaziyyat fənni üzrə 1916 nəfər (8.79%), tarix
fənni üzrə 1260 nəfər (5.78%), informatika fənni üzrə 1152 nəfər
(5.28%), fiziki tərbiyə fənni üzrə 974 nəfər (4.46%), coğrafiya fənni
üzrə 954 nəfər (4.37%), biologiya fənni üzrə 804 nəfər (3.68%), fizika
fənni üzrə 778 nəfər (3.56%), kimya fənni üzrə 665 nəfər (3,05%),
texnologiya fənni üzrə 475 nəfər (2.17%), təsviri incəsənət fənni üzrə
289 nəfər (1.32%), musiqi fənni üzrə 211 nəfər (0.96%), rus dili fənni
üzrə 180 nəfər (0.82%), rus dili və ədəbiyyatı fənni üzrə 151 nəfər
(0.69%), fransız dili fənni üzrə 118 nəfər (0.54%), alman dili fənni
üzrə isə 103 nəfər (0.47%) elektron ərizə verib.
Namizədlər
tərəfindən ən çox seçilən vakant yerlər Bakı şəhəri (351 yer - 10.14%),
Cəlilabad rayonu (202 yer - 5.83%), Laçın rayonu (180 yer - 5.20%),
Quba rayonu (172 yer - 4.96%) və Lerik rayonudur (165 yer - 4.76%).
Elektron
ərizəsi təsdiq olunanların böyük əksəriyyəti 35 yaşadək gənclər (19 911
nəfər, 91.36%) olub. Namizədlərin 1661 nəfəri (7.62%) 35-50 yaş, 223
nəfəri (1.02%) 50-65 yaş aralığındadır.
Müəllimlərin
işə qəbulu üzrə müsabiqənin test imtahanları 21-29 iyul 2015-ci il
tarixlərdə aparılacaq. İmtahanlar Azərbaycan Dövlət İqtisad
Universitetinin 2-ci tədris binasında (AZ1072, Bakı şəhəri, Nərimanov
rayonu, Həsən Əliyev küçəsi 135) keçiriləcək.
Qeyd
edək ki, ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin
işə qəbulu üzrə elektron ərizə qəbulu 1-15 iyul tarixlərində aparılıb.