Mühafizəçilər mağazaya hücum etdi - Bakıda qarşıdurma - VİDEO

Mühafizəçilər mağazaya hücum etdi - Bakıda qarşıdurma - VİDEO
Bu gün səhər saatlarında "Riyad" Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonu, Mir Cəlal küç 1 d ünvanında yerləşən "Safastore” mağazasına hücum edib.
 
Miq.az xəbər verir ki, bu barədə "Qafqazinfo”ya mağazadan məlumat verilib. Mühafizəçilərin mağazanın keçmiş sahibi, iş adamı Xanməmmədov Azadxan Allahqulu oğlunun iştirakı və tapşırığı ilə hücum etdiyi iddia olunub.
 
Xəbərə görə, onlar ictimai asayişi kəskin şəkildə pozaraq  supermarket əməkdaşlarına  ciddi xəsarət yetirib, hücum nəticəsində onlarla insan yaralanıb.
Qarşıdurma zamanı Binəqədi rayon Polis İdarəsinin, 7 ci polis bölməsinin əməkdaşlarına da xəsarət yetirilib. 
Baş vermiş hadisə ilə bağlı "Safastore” MMC-nin rəhbərliyi tərəfindən  Daxili işlər naziri və Baş Prokurora müraciət ünvanlayacaq.
 
Mağazadan verilən xəbərdə bildirilir ki, ilyarım əvvəl A. Xanməmmədov mağazanı 1.5 milyon manata yeni sahibinə satıb. Amma bu günə qədər sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahib isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edir.
 
Qarşıdurma ilə bağlı videonu təqdim edirik.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az