Müharibə hazırlığı?-Ermənistanda hərbi təlimlər başlayıb

Müharibə hazırlığı?-Ermənistanda hərbi təlimlər başlayıb
 Ermənistan Laçın istiqamətindəki qoşunlarını poliqonlara çıxardı
 
Ermənistan ordusu aprel döyüşləri zamanı məğlubiyyətini və verdiyi çox sayda itkiləri kompensasiya etmək istəyir

Ermənistan silahlı qüvvələrinin 1-ci ordu korpusunun bölmələri Qarabağda aprelin əvvəllərində gedən hərbi əməliyyatların xüsusiyyətlərini və epizodlarını məşq etmək üçün strateji təlimlərə cəlb olunub.

Ermənistan müdafiə nazirliyi məlumat yaydı.

Ermənistanda "aprel müharibəsi" ssenarisi əsasında hərbi təlimlər keçirilib.  Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, təlimlərə cəlb edilən Ermənistan silahlı qüvvələrinin 1-ci ordu korpusunun bölmələri srateji təlimlər zamanı Dağlıq Qarabağda aprel hərbi əməliyyatlarının xüsusiyyətlərini və epizodlarını məşq ediblər.

Nazirlik bildirib ki, təlimlərdə iştirak edən bölmələr döyüş şəraitinə ən yaxın vəziyyətdə qarşıya qoyulan vəzifələri yerinə yetiriblər. (Ans press)

"Təlimlər zamanı aprel müharibəsinin strateji baxımdan bir sıra əhəmiyyətli epizodları, xüsusən də bölmələr arasında qarşılıqlı əlaqə, atış zərbələri işlənilib”,- deyə nazirliyin məlumatda qeyd edilib.

Təlimlərin gedişini Ermənistanın müdafiə naziri Seyran Ohanyan da izləyib.

Ötən gün Ermənistanın müdafiə naziri Seyran Ohanyan işğal olunmuş Dağlıq Qarabağa gəlib. O, burada separatçıların lideri Bako Saakyanla görüşüb. Görüşdə qoşunların təmas xəttində vəziyyət və digər vacib məsələlər müzakirə olunub.

Şübhəsiz ki, bu təlimlərin keçirməklə Ermənistan ordusu aprel döyüşləri zamanı məğlubiyyətini və verdiyi çox sayda itkiləri kompensasiya etmək istəyir. Ermənistan hərbi siyasi rejimi bununla ordunun xalqın gözündən düşən nüfuzunu az da olsa bərpa etmək istəyir.

Ancaq hər halda aprel döyüşləri zamanı qarşı tərəfin verdiyi istər canlı, istərsə də texnika itkiləri onların ordusunda vəziyyətin heçdə ürəkaçan olmadığını göstərir. Bunun sübutu kimi, 300-ə yaxın Donbass separatçısının Qarabağa göndərilmək üçün hazırda bazasında təlim keçməsidir.

Bu sensasion məlumatı iki gün əvvəl Ukrayna Ali Radasının deputatı, "İnformasiya müqaviməti" qrupunun rəhbəri Dmitri Timçuk özünün Facebook səhifəsində paylaşıb. 

Deputatın məlumatına görə, Donetsk vilayətinin Xartsızk qəsəbəsindən Rusiya silahlı qüvvələrinin Sankt-Peterburq yaxınlığındakı bazasına Donbass sakinlərindən ibarət 300-ə yaxın yaraqlı göndərilib. Həmin yaraqlıların əvvəl qondarma "Donetsk Xalq Resublikasının" 1-ci "ordu korpusunda" xidmət etdiyi bildirilir. Onlar əsasən atıcılardan və minaaxtaranlardan ibarətdir.
 
 
Ermənistanda əsgər çatışmazlığının olmasının daha bir göstəricisi mayın 15-də İrəvanın "Vardaşen" həbsxanasının 8 dustağının əfv edilərək Qarabağa hərbi qulluğa göndərilməsidir. Görünür, bu yolla Sarkisyan ordudakı hərbçi qıtlığını aradan qaldırmağa çalışır. 

Eyni zamanda Sarkisyan hökumətinin bir tərəfdən cəbəhəyə məhkumları toplaması, digər tərəfdən isə könüllüləri geri çağırması orduda olan özbaşınalıqları bariz şəkildə ortaya qoyur. Ermənistanın yerli "Qraparaq” qəzeti yazır ki, aprel döyüşlərindən sonra Dağlıq Qarabağa gedən "könüllü" dəstələr artıq geri qayıdırlar. 

Qəzet qeyd edib ki, dördgünlük müharibə zamanı Ermənistandan Qarabağa 4 min 400-ə yaxın könüllü göndərilib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az