Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əsasnaməsinin təsdiq olunmasından sonra mülkiyyət hüquqlarının tənzimlənməsində vahid mərkəzdən idarəçilik – "bir pəncərə” prinsipi tətbiq edilir.
Bu sözləri jurnalistlərə müsahibəsində komitənin sədr müavini Rafiq Cəlilov deyib.
O, bildirib ki, artıq vətəndaşlar yalnız bir ünvana müraciət etməklə onlara məxsus daşınmaz əmlakları dövlət reyestrində qeydiyyata aldıra bilirlər. Bu da qeydiyyat üçün tələb olunan sənədləşdirmə prosesində rahatlığın, operativliyin və şəffaflığın kifayət qədər artması deməkdir.
R.Cəlilov diqqətə çatdırıb ki, komitənin son illərdə fəaliyyətində mütərəqqi addımlardan biri də sosial amillərin gücləndirilməsi və sosial tədbirlərin genişləndirilməsidir. Belə ki, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı yerlərdə mobil ofis xidmətləri və "Kütləvi çıxarış” kampaniyası həyata keçirilir. Bununla bağlı hər ay komitənin rəsmi internet səhifəsində mobil xidmət cədvəli də yerləşdirilir.
Mobil ofis xidmətinin təşkilində məqsəd qeydiyyat xidmətlərini vətəndaşlara daha rahat və əlverişli üsullarla çatdırmaqdır. " İndiyədək "Kütləvi çıxarış” kampaniyası çərçivəsində ümumilikdə 3800-ə yaxın vətəndaşa dövlət reyestrindən çıxarış təqdim olunub. Bundan əlavə, kampaniyadan da əvvəl başlamış mobil ofis xidmətləri vasitəsilə isə 2015-ci ildə respublika üzrə vətəndaşlardan 45500 müraciət qəbul edilib.
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto