Muradovun yerinə gələcək Aleksey Avdeyev kimdir? - DOSYE

Muradovun yerinə gələcək Aleksey Avdeyev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradovun vəzifəsindən kənarlaşdırılması barədə erməni mətbuatında xəbərlər dərc olunub. Yayılan xəbərlərə görə, R.Muradovun yerinə Cənub Hərbi Dairə komandanının müavini, general-leytenant Aleksey Avdeyev təyin olunacaq.

Miq.Az sülhməramlıların yeni komandanı kimi adı çəkilən A.Avdeyev haqqında məlumatı təqdim edir:

Aleksey Avdeyev 1967-ci ildə Daşkənddə anadan olub. O, motoatıcı qoşunların generalıdır. Rusiya Federasiyasının "Vətənə xidmətə görə", 3-cü və 4-cü dərəcəli "Jukov”, "Hərbi xidmətlərə görə", "Dostluq", "Suvorov” medalı və digər mükafatlar ilə təltif edilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az