«Müsavat partiyasının dövlət budcəsindən ayrılan maliyyələşmədən kənarda qalması…»

«Müsavat partiyasının dövlət budcəsindən ayrılan maliyyələşmədən kənarda qalması…»

Arif Hacılı: «Dövlət siyasətinin məntiqi nəticəsidir»

Partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsi yenidən gündəmə gəldi. Ayrılacaq vəsaitin məbləği bəlli olandan sonra bir sıra partiyaların prosesdən kənarda qaldığı dəqiqləşdi. Vəsait parlamentdə təmsil olunan partiyalar arasında bölüşdürüləndən sonra artıq 200 min mana vəsait qalır ki, bunun da digər pariyalara verilməsi qanunla mümkün deyil. Maliyyələşmədən kənarda qalan partiyalardan biri də Müsavatdır. Müsavat partiyasının başqan müavini Arif Hacılı "Vətəninfo.az"-a müsahibəsində bu və digər məsələlərə aydınlıq gətirdi.
- Müsavat partiyasının dövlət budcəsindən ayrılan maliyyələşmədən kənarda qalması dövlət siyasətinin məntiqi nəticəsidir. Bilirisiniz ki, hələ 10 il bundan əvvəl siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsi gündəlikdə idi. Bütün bu dövrə ərzində Müsavat, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) parlamentdə nümayəndələri olub. 2010-cu il parlament seçkilərindən sonra bu 2 partiyadan parlamentə bir nəfərin də keçməsinə imkan vermədilər. Məhz bundan sonra parlamentə üzvlük məsələsi əsas götürülərək partiyaların dövlətdən maliyyələşməsi məsələsi həll edildi. Bu da hakimiyyətin Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sıradan çıxarmaq xəttinin bariz sübutlarından biridir. Bu bölgü çox ədalətsizdir. Hətta Mərkəzi Seçki Komissiyasının saytında olan rəsmi nəticələrə görə, Müsavat partiyasının nümayəndələri hətta 2010-cu il parlament seçkilərində də admnistrativ resurslardan yararlanan iqtidar partiyasının nümayəndələrindən sonra ən çox səs toplayan ikinci partiyadır. Bununla belə Müsvat Partiyası dövlət büdcəsindən maliyyələşdirilmədən kənarda qaldı. Düşünürəm ki, bu kriteriyalar məhz Müsvat partiyasını dövlət büdcəsindən maliyyələşmədən kənarda saxlamaq məqsədi ilə seçilib.

- Partitya olaraq hansı addımı atmaq niyyətindəsiniz? Bu məsələ ilə bağlı etiraz aksiyaları və digər etiraz tədbirləri nəzərdə tutulubmu?

- Ölkədə bir sıra islahatlar həyata keçirilməlidir. Ssiyasi partityaların da dövlət büdcəsindən maliyyələşməsi məsələsi bu islahatlar çərçivəsində həll olunmalıdır.

- İctimai Palata «Parlament buraxılsın» tələbi ilə aksiya keçirmək istəyir. Bakı şəhər İcra Hakimiyyəti İctimai Palatanın istədiyi yeri vermir. Meriyanın verdiyi yerə isə İctimai Palata getmir…

- Bakı şəhər İcra Hakimiyyətinin son qərarı tamailə qanunaziddir. Çünki biz yürüş keçirmək üçün müraciət etmişik. Ancaq Bakı şəhər icra hakimiyyəti bizə mitinq keçirmək üçün yer göstərir. Azərbaycan Konstiitusiyası və qanunlarında mitinqlər, yürüşlər, piketlər ayrı-ayrı siyasi aksiyalar kimi nəzərdə tutulur. Vətəndaşların mitinq keçirmək hüququ olduğu kimi, eləcə də yürüş, piket, yığıncaq keçirmək hüququ da var. Bu hüquqdan birinin – yəni yürüşün keçirilməsi üçün Azərbaycanda hər hansı bir şərait yaradılmayıb və bu baxımdan da Bakı şəhər İcra Hakimiyətinin bu qərarı ilə əlaqədar məhkəməyə müraciət etmişik. Bu məhkəmə prosesinin də bizim qələbəmizlə başa çatmasına heç bir şübhəmiz yoxdur. İkincisi isə bütövlükdə Azərbapycanda sərbəst toplaşma azadlığı tamamilə sıradan çıxarılıb. İldən ilə Azərbaycan vətəndaşlarının fundamental hüquqları daha çox tapdalanır.

- Qurultayla bağlı nə deyə bilərsiniz? Partiyanın Gürcüstana üz tutacağı fikirləri dhaha çox səsləndirilir…

- Bu məsələ ilə ağlı yeni bir fikir yoxdur. Əvvəlki fikirlərimi korketə etmək istəmirəm.

- Seçkilərə hazırlıq prosesi necə gedir? Namizəd məsələsində ilkin fikirlər varmı?

- Prezident seçkiləri hələ təyin olunmayıb. Biz, vahid seçki platformasının yaradıması qərarına gəlmişik. Hələlik bu istiqamətdə fəaliyyət davam edəcək. Yəqin ki, seçkilər yaxınlaşdıqca digər suallar daha da aktuallaşacaq və onlara cavab axtarılacaq.

Firudin



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az