İsa Qəmbər : “İnsanların mülküyyət hüququ qorunmalıdı”
Bu gün 20-ci sahədə İçtimai Palatanın təyin etdiyi mitinq baş tutub. Müxalifət liderləri mitinq ərazisinə saat 16:25 radələrində daxil olublar. Mitinqin aparıcısı İbramim İbrahimli aksiyanı bir qədər gec başlamaq məcburiyyətində qaldıqlarını deyib. O, bildirib ki, mitinqə gələnlərin qarşısı yollarda kəsilib, nəqliyyatın hərəkəti dayandırılıb, buna görə də insanlar aksiyaya piyada gəlir. Odur ki, bir qədər gözləməyə məcburdurlar.
“Vətəninfo.az”ın ”Azadlıq.info”ya istinadən verdiyi məlumatına görə,polislər meydana insanları yoxlayıb buraxır. Onlar süni sıxlıq və gərginlik yaratmağa çalışırlar.Bundan başqa yaşı 18-Ə çatmayanları meydana buraxILMIR VƏ BU DA əlavə gərginlik yaradır. Verilən məlumata görə,ətrafda avtomobil və avtobuslarla çoxlu sayda polislər cəmlənib. İnsanların mitinqə getməsinə ciddi maneələr yaradılır. 20-ci Sahəyə doğru avtobus və taksilərin hərəkəti mitinqin başlamasına 30-40 dəqiqə qalmışdan dayandırılıb. Məlumatda qey edilir ki, mitiqdəki şüarlar 8 aprel mitinqindəkilərdən elədə fərqlənmir. Artıq meydana toplaşan insanlar, xüsusən də gənclər "Azadlıq", "İstefa" və hakimiyyət əleyhinə başqa şüarlar səsləndirirlər. Mitinq başladıqdan sonra isə Müsavat Partiyası başqanı İsa Qəmbər çıxış edib. "Bu meydana işıqlı insanlar toplaşıb. Hakimiyyət meydanın işıqlarını söndürüb. Onlar bütün ölkəni qaranlığa çevirib. Biz izə Azərbaycanı işıqlığa çıxarmaq istəyirik. Bizim yolumuz Rəsulzadə-Elçibəy yoludur. Ancaq onların yolu Lenin-Stalin yoluyla gedirlər. Hakimiyyətin sözçülərindən biri bizim aprelin 22-də aksiya keçirməyimizi Leninin doğum günü ilə əlaqələndirir. Mən deyirəm ki, bu gün milli qəhrəman Allahverdi Bağırovun doğum günüdür. Allahverdi Bağırov vətənimizin bötüvlüyü uğrunda öz canını qurban verib. Allah bütün şəhidlərimizə rəhmət etsin. Şəhidlər ölməz vətən bölünməz!"-deyə çıxışına başlayıb. Müsavat başqan hakimiyyətin demokratik qüvvələr qarşısında məğlub olacağını və hazırda beynəlxalq birliyin və dünyanın 10 il əvvəlkindən fərqli olaraq Azərbaycan xalqına, onun demokratiya uğrunda mübarizəsin dəstək verdiyini bildirib.: “Bu gün Azərbaycan hakimiyyətinin yanında qalan yoxdur. Hakimiyyətlə xalq arasında böyük uçurum yaranıb. Əvvəllər hakimiyyətlə müxalifət arasında dialoq qurmağa çalışan ziyalılarımız da artıq hakimiyyətin dialoqa hazır olmadığını gördüyü üçün bizim yanımızdadırlar. İlham Əliyev hakimiyyəti məhvə məhkumdur".İ.Qəmbər ölkədə mülkiyyət hüquqlarının pozulmasından danışaraq deyib ki, hakimiyyət başında dayananlar o qədər acgöz olub ki, öz ətrafındakı məmur-oliqarxların milyonluq mülklərini də əlindən alır, sadə insanların kasıbyana evlərini də. O, vətəndaşların mülkiyyətinə təcavüz etməklə hakimiyyətin özünə gələcək baxımından ciddi problem yaratdığını deyib. İ.Qəmbər bu zaman hakimiyyətdəkilərin xaricdə və ölkə daxilində çoxlu sayda mülklərə sahib olduğunu xatırladıb.