NATO-nun baş katibi: “Türkiyə alyansın güclü üzvü olaraq qalacaq"

NATO-nun baş katibi: “Türkiyə alyansın güclü üzvü olaraq qalacaq
NATO tərkibində qalıb-qalmaması məsələsi gündəmdə deyil”.

Bunu Reuters agentliyinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

"Türkiyə qüdrətli orduya, peşəkar silahlı qüvvələrə malikdir. Əminəm ki, Türkiyə NATO-nun sadiq və güclü tərəfdaşı olmaqda davam edəcək. Eyni zamanda güman edirəm ki, rəsmi Ankaranın çevrilişlə bağlı atdığı addımlar mütənasib və NATO dəyərlərinə cavab verəcək”,- deyə Y.Stoltenberq vurğulayıb.

Onun sözlərinə görə, Türkiyənin Alyans tərkibində qalıb-qalmaması məsələsi gündəmdə deyil: "Türkiyə NATO-nun tərəfdaşı olmaqda davam edir. Bu çox vacibdir. Çünki bu ölkə İraq və Suriya kimi "qaynar nöqtələrin” sərhədində yerləşir”,-deyə baş katib əlavə edib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az