NATO-ya zərbə: Avropa ordusu yaradılır

NATO-ya zərbə: Avropa ordusu yaradılır
Birgə Avropa Birliyi hərbi mərkəzi və pan-Avropa ordusunun qurulması vacibdir.
 
Axar.az xəbər verir ki, bunu İngiltərənin Breksit qərarından sonra Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Elmar Brok Almaniyanın "Velt am Sonntaq” qəzetinə açıqlamasında deyib.
 
"Birgə hərbi mərkəzə və koalisiyaya ehtiyacımız var. Nəticə olaraq bir Avropa Birliyi ordusu da yaradıla bilər”, - Brok bildirib.
 
Brok birgə hərbi mərkəzin üzv ölkələrin müdafiə və təhlükəsizliyini artıracağını deyib. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az