Vətəninfo.az "Report"a istinadla xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında nazirliyin Təşkilat İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Əli Tağıyev hesabat məruzəsində bildirib.
O
deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 8-ə
qarşı 3 olmaqla 62,5 faiz azalıb. Qanunsuz saxlanılan silahların
yığılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilib,
vətəndaşlar tərəfindən 99 ədəd odlu silah, xeyli sayda döyüş sursatı və
hərbi ləvazimat könüllü olaraq polis orqanlarına təhvil verilib. Vahid
Məlumat Axtarış Sistemi vasitəsilə 13 minə yaxın sorğu cavablandırılıb.
Bütövlükdə, müxtəlif inzibati xətalara görə muxtar respublika üzrə
12 789 protokol tərtib olunub və qanunauyğun tədbir görülüb. Elektrik
enerjisindən və təbii qazdan qanunsuz istifadənin qarşısının alınması,
həmçinin təbiəti mühafizə istiqamətində həyata keçirilən tədbirlər
nəticəsində 31 fakt aşkarlanıb və 1 240 manat məbləğində cərimə tətbiq
olunub. "Fevralın 9-da 2014-cü ilin yekunları və qarşıda duran
vəzifələrə dair keçirilən müşavirədə Ali Məclisin sədri tərəfindən
verilən tapşırıqların icrası ilə əlaqədar olaraq, mart ayından etibarən
vətəndaşlara səyyar xidmət göstərilməsinə başlanılıb. İyul ayının 1-i
tarixinə 2961 müraciət qəbul olunaraq icra edilib", - Ə.Tağıyev
bildirib.