Nazir gənclər arasındakı işsizlikdən danışdı

Nazir gənclər arasındakı işsizlikdən danışdı

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə işsizlik səviyyəsi son 12 ildə yaxşılaşmayıb, nisbətən pisləşib.

Miq.az Trend-ə istinadən xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransının Nazirlər Sessiyasında çıxışında deyib.

"Hələ də işsizliklə bağlı çağırışlarımız gündəmdədir. Bu gün bizim ölkələrdə əhalinin orta artım tempi artıqdır. Gənc əhalinin sayı çoxdur. Xüsusilə gənclər arasında işsizlik 15,8 faizdir. Bu da qarşıdakı dövrlərdə qarşımızda olan növbəti çağırışlardan biridir”, - deyə nazir bildirib.

O, həmçinin, əlavə edib ki, İƏT dövlətləri arasında əməkdaşlığı artırmaqla ölkələrimizdə inkişafa töhfə verə bilərik.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda 5-ci konfransının Nazirlər Sessiyası keçirilir.
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az