Nazir silahla fotosu yayılan direktoru işdən çıxardı - Yeni vəzifə verdi

Nazir silahla fotosu yayılan direktoru işdən çıxardı - Yeni vəzifə verdi

Bir müddət əvvəl silahlı fotosu ilə gündəmə gələn xanım direktor yeni məktəbə təyinat alıb.

"Qafqazinfo”ya daxil olan məlumata görə, nazir Mikayıl Cabbarovun əmri ilə oktyabrın 25-də Şıxlinskaya Kəmalə Məcid qızı Binəqədi rayonu 179 saylı orta məktəbin direktoru vəzifəsindən çıxarılaraq Xətai rayonu 59 saylı məktəbin rəhbərliyinə gətirilib.

Qeyd edək ki, gənc direktor 17 mart, 1981-ci ildə anadan olub. 2002-ci ildə Azərbaycan Dillər Universitetini bitirib. Xanım direktor ötən il medianın gündəminə məhz silahla çəkdirdiyi fotolarla düşmüşdü. O isə açıqlamasında sözügedən şəkillərin Londonda çəkildiyini qeyd etmişdi.

Xatırladaq ki, Kəmalə Şıxlinskaya Şəmkir rayon təhsil şöbəsinin müdiri Məcid Şıxliniskinin qızıdır.


Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az