Nazirlikdən XƏBƏRDARLIQ: Azərbaycanda hava şəraiti kəskin dəyişəcək

Nazirlikdən XƏBƏRDARLIQ: Azərbaycanda hava şəraiti kəskin dəyişəcək
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 9-da Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlə müqayisədə 4 dərəcə aşağı enəcək.

Azərbaycan rayonlarında iyulun 9-u axşamdan iyulun 12-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlədə arabir güclənəcək.

Havanın temperaturu tədricən 4-6 dərəcə enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az