Nə üçün NABUCCO layihəsinə sahib çıxan yoxdur?-Rəy

Nə üçün NABUCCO layihəsinə sahib çıxan yoxdur?-Rəy

Əli Məsimli:"Bir neçə il bundan öncə Rusiya ilə Ukrayna arasında baş verən qaz böhranı NABUCCO-nun Avropa üçün nə qədər önəm qaşıdığını əyanı şəkildə ortaya qoydu"

NABUCCO Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriyadan keçməklə əsasən Xəzər qazının Avropa Birliyi ölkələrinə çatdırılmasını nəzərdə tutan iri qaz kəməri layihəsidir. 

Bu sözləri “Veteninfo.az”a Azərbaycan Parlamentinin üzvü, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli bildirib.

“Layihənin qaz ötürmə gücü 31 mlrd.kum metr nəzərdə tutulur. Bu kəmərin reallaşdırılması Avropanın bir mənbədən qaz almaqla Rusiyadan asılı vəzəyyətə düşmək kimi təhlükədən tam azad etməsə də, həmin asılılığın zəiflədilməsi baxımından çox zəruri layihədər. Mən Avropada təşkil olunan konfranslarda iştirak etdikdə bu məsələni açıq formada beləcə də qoyuram. Bu kəmərin tikintisinə hazırlıq on il bundan əvvəl başlansa da, hələləik real nəticə çox azdır. Bir neçə il bundan öncə Rusiya ilə Ukrayna arasında baş verən qaz böhranı NABUCCO-nun Avropa üçün nə qədər önəm qaşıdığını əyanı şəkildə ortaya qoydu. Elə gümün etmək olardı ki,həmin qəbildən olan olaylar NABUCCO-nun reallaşdırılmasını sürətləndirə çevrildiyicək. Amma bu baş vermədi. Enerji təklükəsizliyi Avropanın milli təhlükəsizliyinin bir nömrəli məsələsinə çevrildiyi bir vaxtda NABUCCO-nun səhmdarlarının bu layihə ətrafındakı ləng addımları və AB kimi nəhəng bir super qurumun imicinə yaraşmayan manevrləri həm Avropanın bir nömrəli təhlükəsinin daha da qəlizləşməsinə xidmət edir, həm də Avropanın milli təhlükəsizliyinin bir nömrəli probleminin həlləndə can-başla ona kömək etmək istəyən Azərbaycanı Rusiya tərəfindən güclü təzyiqlərlə üz-üzə qoyur... NABUCCO-nun həmin variantda reallaşdırılması bizdən də daha çox Avropanın özünə lazımdır. Əgər Avropa qaz təchizatından bir mənbədən asılılığın güclənməsini, bu yolla təhlükəsizliyinə təhdidlərin artmasını,qaz şantajından əziyyət çəkməsini,qazın qiymətinin fantastik səviyyəyəyə qalxmaqla onsuz da yaxşı vəziyyətdə olmayan iqtisadiyyatı üçün əlavə çox ciddi problem yaranmasını istəmirsə, NABUCCO kəmərinin reallaşdırılmasını sürətləndirməklə həm qaz yatağı mənbələrinin, həm də kəmərlərin vasitəsilə diversifikasiya sahəsində sanballı addım atmalıdır.Ona görə də NABUCCO-nun səhmdarları bu layihə ətrafındakı yeni dünya düzəninin məntiqinə, çağırış və təhlükələrinə cavab verməyə qadir olmayan manevrlərin əvəzinə fikirdə, sözdə və işdə REAL SİYASİ İRADƏ ortaya qoymaqla bu layihənin yarımçıq yox,klassik variantının reallaşdırılmasına girişməlidir”-deyə,millət vəkili qeyd etdi.

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az