Neçə qadın Milli Qəhrəmanımız var? – ADLAR+FOTOLAR

Neçə qadın Milli Qəhrəmanımız var? – ADLAR+FOTOLAR

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj üzvlərinə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190” tipli sərnişin təyyarəsinin pilotları Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və bələdçi Əliyeva Hökumə Cəlil qızı Milli Qəhrəman adına layiq görülüblər.

Globalinfo.az xəbər verir ki, H.Əliyeva Azərbaycanda Milli Qəhrəman adına layiq görülən üçüncü qadındır.

Xatırladaq ki, ilk dəfə (1991) bu ada layiq görülən qadın Birinci Qarabağ müharibəsi şəhidi Salatın Əsgərovadır. Ondan sonra, 1993-cü ildə həkim, eyni zamanda döyüşçü Gültəkin Əsgərovaya Milli Qəhrəman adı verilib.

Hökümə Əliyeva Azərbaycanın üçüncü qadın Milli Qəhrəmanı oldu.

Salatın Əsgərova:
 

salatin 1

Gültəkin Əsgərova:

IMG 4063

Hökümə Əliyeva:

WhatsApp Image 2024 12 26 at 11.37.23 2






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az